Kiyev eskalasiya panikası səbəbindən iqtisadi zərər çəkir.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Onsuz da cəmiyyətdə yayılan panikadan iqtisadi cəhətdən əziyyət çəkirik və zəifləyirik. Bazar və cəmiyyət anlamalıdır ki, Kiyev və onun tərəfdaşları ən pis ssenarinin qarşısını almağa çalışırlar”, - Kuleba bildirib.
Onun sözlərinə görə, bir sıra Qərb ölkələri siyasi iradənin olmaması səbəbindən Ukraynaya o qədər də fəal kömək etmirlər.