"Qış Qartalı" əməliyyatı ilə terrorçuların sığınacaqları, yuvaları və mağaraları yerlə yeksan edildi.
Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Terrorçular Türkiyə Silahlı Qüvvələrinin nəfəsini bir daha hiss etdilər. Axtarışda olan xeyli sayda terrorçu zərərsizləşdirilib", - deyə Akar bildirib.
Ağ Evin mətbuat katibi Cen Psakinin Rusiyanın guya kimyəvi silahdan istifadə etməsi, eləcə də digər dövlətləri işğal etməsi ilə bağlı bəyanatları yalan və əsassızdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, ABŞ yeganə ölkədir ki, “Kimyəvi Silahlar Konvensiyası” üzrə öhdəliklərini hələ yerinə yetirməyib və kimyəvi silah arsenalını ləğv etməyib:
“Rusiya xarici ölkələrin işlərinə müdaxilə etməmək prinsipinə və beynəlxalq hüquq normalarına ciddi əməl edir. Müasir tarix daha çox dünyanın müxtəlif yerlərində Amerika hərbi əməliyyatlarının xronologiyasına bənzəyir. Vaşinqtonun dünyanı “demokratikləşdirmək” üçün apardığı qanlı təcrübələr xaos, qeyri-sabitlik və insanların ölümündən başqa heç nə gətirmədi. Yuqoslaviya, İraq, Liviya, Suriya və Əfqanıstan ABŞ-ın xarici siyasətinin aqressivliyini yaşamış ölkələrdən yalnız bir neçəsidir”.
Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, Polşa və Rumıniyada olduğu kimi müasir zərbə sistemlərinə malikdir və Krımda əməliyyata başlayır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
“Təsəvvür edək ki, NATO dövləti olan Ukrayna hərbi əməliyyatlara başlayır. Krım da Rusiyanın suveren ərazisidir və biz bu məsələni bitmiş hesab edirik. Biz indi NATO bloku ilə vuruşmalıyıq? Kimsə bu barədə nəsə bir şey fikirləşib? Görünür ki, yox”, - Putin bildirib.
Qazaxıstan parlamenti birinci prezident Nursultan Nazarbayevi səlahiyyətlərinin bir hissəsindən ömürlük məhrum edən qanun qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə “Tenqrinyus” məlumat yayıb.
Qanuna görə, Nazarbayevin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına sədrliyi ləğv edilir.
Eyni zamanda, Nazarbayev mühüm məsələlərin müzakirəsi zamanı parlament və hökumət qarşısında çıxış etmək hüququnu özündə saxlayacaq.
Şərqi Avropaya göndərilməsi planlaşdırılan 8500 ABŞ hərbi qulluqçusunun təxminən 2500-ü Polşaya yerləşdirilə bilər.
Axar.az xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox deyib.
Qeyd edək ki, hazırda Polşada 5000-ə yaxın ABŞ əsgəri var.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyi vurğulanıb.
Danışıqlar zamanı ikitərəfli münasibətlər, xüsusilə siyasət, iqtisadiyyat və müdafiə məsələləri, Ukrayna böhranı, Ermənistanla normallaşma prosesi və digər regional məsələlər müzakirə edilib.
Türkiyə ilə ABŞ arasında razılaşdırılan Birgə Strateji Mexanizmin təfərrüatı və mövzularının müzakirə edildiyi danışıqlarda iki ölkə arasında real, planlı və davamlı dialoqu təmin edəcək mexanizmin ən qısa zamanda həyata keçirilməsinin vacibliyi xatırlanıb.
Danışıqlar zamanı Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylərin müzakirə edildiyi bildirilib və Türkiyənin NATO müttəfiqi olaraq böhrandan çıxmaq üçün hər cür dəstəyi davam etdirəcəyi qeyd olunub.
Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərinin problemin diplomatiya yolu ilə həllinə töhfə verəcəyi vurğulanıb, habelə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin və uzunmüddətli münasibətlərin qurulmasının zəruriliyi, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının regionun sabitliyi və rifahı üçün vacibliyi vurğulanıb.
Böyük Britaniyanın Oksford şəhərində ölkədə ilk tamamilə karbonsuz zonası yaradılıb və burada demək olar ki, bütün sürücülər havanın çirklənməsinə görə pul ödəməli olacaqlar. Fevralın 28-dən etibarən benzin, dizel və hibrid mühərrikli avtomobillərin bütün sürücüləri ödəniş etməli olacaq.
Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər verib.
"London's Ultra Low Emission Zone" (ULEZ) zonasında və "Birmingham's Clean Air Zone" (CAZ) zonasında fərqli olaraq - London və Birmingemdə oxşar layihələr - Okfordun yeni "Zero Emission Zone" (ZEZ) zonasında daxili yanma mühərriki ilə işləyən istənilən avtomobil üçün ödəniş veriləcək. Qaydalar təkcə tam elektrik enerjisi ile işləyən avtomobillərə şamil edilmir.
Oksford hakimiyyəti ümid edir ki, avtomobildən istifadənin əlavə hərcləri şəhərin havasını yaxşılaşdırmağa kömək edəcək.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında 2 fevral - Gənclər Günü ilə bağlı paylaşım edib.
Axar.az xəbər verir ki, "Gənclər Günü" haştaqı ilə edilən paylaşımda "Ölkəmizin gələcək tərəqqisi yolunda gənclərimizə uğurlar arzulayıram!", - deyə qeyd olunub.
Moskvada elə bir təəssürat vardır ki, ABŞ Ukrayna böhranının həllində maraqlı deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Ukrayna ABŞ və bir neçə Qərb ölkəsi arasında münasibətlərimizdə strateji xəritəyə çevrilib. Bizdə elə bir hiss vardır ki, ABŞ bu böhranın həllində maraqlı deyil”, - deyə Nebenzya bildirib.