Biz Ermənistanla normallaşma addımlarını izləyirik. Uçuşlar indi başlayır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik deyib.

 

“Türkiyə-Ermənistan münasibətlərini və Qərb ölkələrini zəhərləməyə çalışan diasporun səyinə Türkiyə güclü mübarizə ilə cavab verdi. Cənab Ərdoğanın baş nazirliyi dövründə protokollar meydana çıxmışdı, lakin o vaxt Ermənistan Konstitusiya Məhkəməsi onları ləğv etmişdi. Ermənistanın ən böyük problemi Qarabağı işğal etməsi idi”, - Çelik bildirib.

2 fevral 2022-ci il tarixində Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundu keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Məsləhətləşmələrdə Bəhreyn tərəfini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Al Xəlifə, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiyanı tülküyə, Ukryananı isə hinə bənzətməsinə təəccüblənirəm.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Hər halda həmişə ənənəvi olaraq Rusiyanı ayı ilə müqayisə ediblər. Ayı hinə girə bilməz, bunun üçün o, çox böyük və ağırdır”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ rəsmisi Rusiyanın Ukraynaya hücum təhdidini hinə girmək istəyən tülkü ilə müqayisə etmişdi.

Əfqanıstanda Taliban üzvlərinə əyləncə məkanlarına silahla daxil olmaq qadağan edilib.

Axar.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid Tvitter hesabında yazıb.

 

“Taliban üzvlərinə silah, hərbi geyim və nəqliyyat vasitələri ilə əyləncə məkanlarına daxil olmaq qadağandır, - Mücahid bildirib.

Taliban Əfqanıstanda ilk dəfə olaraq rəhbər vəzifələrə qadınların təyin olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid Tvitter səhifəsində bildirib.

 

Məlumata görə, həkim Malalay Rəhim “Malalay” mamalıq və ginekoloji müəssisəsinin direktoru təyin edilib. Digər qadın həkim Aryan isə Ali Təhsil Nazirliyinin təklifi ilə paytaxtın Şəhrar məhəlləsindəki ginekoloji klinikanın direktoru olub.

Rusiya-Ukrayna gərginliyi fonunda müharibəylə yanaşı əsas müzakirə mövzularından biri köhnə qitənin qaz təchizatı məsələsidir. Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Avropalı ekspertlər də təxminən eyni fikirdədirlər. Ancaq Vaşinqtonda fərqli düşünürlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qərb-Rusiya gərginliyi haqda qeyd edib.

O bildirib ki, Vaşinqtonda Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün bir neçə alternativ üzərində düşünürlər:

“Birinci alternativ elə ABŞ-ın özünün Avropa ölkələrinə sıxılmış qaz satışını təmin etməkdir.

İkinci alternativ Azərbaycanın Avropa ölkələrinə qaz satışını artırmasıdır.

 

Üçüncü alternativ Qətərdir. Vaşinqton və Brüssel Qətərlə yanaşı, qaz ehtiyatları olan Misir və Əlcəzairlə də danışıqlar aparırlar”.

Sıxılımış qazın Avropaya çatdırılmasının baha başa gəldiyini qeyd edən politoloq hazırda Vaşinqtonun alternativ bazarlara istiqamətləndiyini qeyd edib:

“Azərbaycan TANAP və TAP boru xətləri üzərindən Cənubi Avropa ölkələrinə qaz satır. Bəzi ölkələrdə Azərbaycanın qaz payı getdikcə artır. Buna baxmayaraq, Azərbaycanın Avropaya satdığı qazın həcmi Rusiyanın köhnə qitəyə satdığı qazın həcmiylə müqayisədə xeyli azdır. Azərbaycan Avropaya satdığı qazın həcmini artırsa da, Rusiya qazına alternativ ola bilməyəcək.

Qətərə gəldikdə, bu istiqamətdə danışıqlar intensivləşib. ABŞ Prezidenti Co Bayden yanvarın 31-də Qətər əmiri Şeyx Təmin bin Həməd əs-Sani ilə Ağ Evdə görüşərək fikir mübadiləsi aparıb. Qətər ABŞ-ın bölgədə strateji tərəfdaşlarındandır. Amerikanın bu ölkədə hərbi bazası mövcuddur. Vaşinqton Qətərin Avropaya qaz ixracını artırmasını arzulayır. Əlbəttə, Qətər strateji tərəfdaşının sözünü yerə salmaq istəməz. Ancaq Qətər illərdir Asiya bazarlarına hədəflənib və qəfil bu bazardan üz döndərə bilməz.

Co Baydenin Qətər əmirini Vaşinqtona dəvət etməsinin başqa səbəbi də var. Qətər ərəb ölkələri içərisində Tehranla isti münasibətləri olan azsaylı dövlətlərdəndir. İranla nüvə danışıqları isə dalana dirənib. Vaşinqton Qətərin İranla sıx münasibətlərindən yararlanaraq Dohanın da vasitəçilik imkanlarından faydalanmaq istəyir. Təsadüfi deyil ki, Qətərin xarici işlər naziri yanvarın 27-də Tehrana gedərək iranlı həmkarıyla geniş müzakirə aparıb.

Əslində Vaşinqton Tehranla nüvə məsələsini həll etsə, İran qazının da gələcəkdə Avropaya nəqli imkanları müzakirə oluna bilər. Digər tərəfdən Türkiyə İsraillə dialoqu genişləndirib. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan israilli həmkarını Ankaraya dəvət edib. İki ölkə arasında münasibətlər sürətlə normallaşarsa, İsrail qazının da Türkiyə üzərindən Avropaya ixracı mümkündür.

Beləliklə, Avropa Rusiyadan qaz asılığını azaltmaq üçün bütün alternativləri hərəkətə gətirmək məcburiyyətindədir. Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, köhnə qitənin işğalçının qazından hələ də imtina etməməsinin mənəvi tərəfi olacaq. Kremlin özü də Avropanın istənilən addımına hazırlaşıb. Məhz buna görə Rusiya bir neçə il əvvəl Çinə qaz ixrac edən boru xətti çəkib. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə satacaq. Böyük iqtisadiyyata malik Çin istənilən həcmdə qaz almağa hazırdır. Ancaq bu halda Rusiya Çin bazarından asılı vəziyyətə düşəcək. Bu isə Rusiya üçün daha az təhlükə demək deyil...”