Taliban Əfqanıstanda ilk dəfə olaraq rəhbər vəzifələrə qadınların təyin olunduğunu elan edib.
Axar.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid Tvitter səhifəsində bildirib.
Məlumata görə, həkim Malalay Rəhim “Malalay” mamalıq və ginekoloji müəssisəsinin direktoru təyin edilib. Digər qadın həkim Aryan isə Ali Təhsil Nazirliyinin təklifi ilə paytaxtın Şəhrar məhəlləsindəki ginekoloji klinikanın direktoru olub.