Rusiya-Ukrayna gərginliyi fonunda müharibəylə yanaşı əsas müzakirə mövzularından biri köhnə qitənin qaz təchizatı məsələsidir. Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Avropalı ekspertlər də təxminən eyni fikirdədirlər. Ancaq Vaşinqtonda fərqli düşünürlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qərb-Rusiya gərginliyi haqda qeyd edib.

O bildirib ki, Vaşinqtonda Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün bir neçə alternativ üzərində düşünürlər:

“Birinci alternativ elə ABŞ-ın özünün Avropa ölkələrinə sıxılmış qaz satışını təmin etməkdir.

İkinci alternativ Azərbaycanın Avropa ölkələrinə qaz satışını artırmasıdır.

 

Üçüncü alternativ Qətərdir. Vaşinqton və Brüssel Qətərlə yanaşı, qaz ehtiyatları olan Misir və Əlcəzairlə də danışıqlar aparırlar”.

Sıxılımış qazın Avropaya çatdırılmasının baha başa gəldiyini qeyd edən politoloq hazırda Vaşinqtonun alternativ bazarlara istiqamətləndiyini qeyd edib:

“Azərbaycan TANAP və TAP boru xətləri üzərindən Cənubi Avropa ölkələrinə qaz satır. Bəzi ölkələrdə Azərbaycanın qaz payı getdikcə artır. Buna baxmayaraq, Azərbaycanın Avropaya satdığı qazın həcmi Rusiyanın köhnə qitəyə satdığı qazın həcmiylə müqayisədə xeyli azdır. Azərbaycan Avropaya satdığı qazın həcmini artırsa da, Rusiya qazına alternativ ola bilməyəcək.

Qətərə gəldikdə, bu istiqamətdə danışıqlar intensivləşib. ABŞ Prezidenti Co Bayden yanvarın 31-də Qətər əmiri Şeyx Təmin bin Həməd əs-Sani ilə Ağ Evdə görüşərək fikir mübadiləsi aparıb. Qətər ABŞ-ın bölgədə strateji tərəfdaşlarındandır. Amerikanın bu ölkədə hərbi bazası mövcuddur. Vaşinqton Qətərin Avropaya qaz ixracını artırmasını arzulayır. Əlbəttə, Qətər strateji tərəfdaşının sözünü yerə salmaq istəməz. Ancaq Qətər illərdir Asiya bazarlarına hədəflənib və qəfil bu bazardan üz döndərə bilməz.

Co Baydenin Qətər əmirini Vaşinqtona dəvət etməsinin başqa səbəbi də var. Qətər ərəb ölkələri içərisində Tehranla isti münasibətləri olan azsaylı dövlətlərdəndir. İranla nüvə danışıqları isə dalana dirənib. Vaşinqton Qətərin İranla sıx münasibətlərindən yararlanaraq Dohanın da vasitəçilik imkanlarından faydalanmaq istəyir. Təsadüfi deyil ki, Qətərin xarici işlər naziri yanvarın 27-də Tehrana gedərək iranlı həmkarıyla geniş müzakirə aparıb.

Əslində Vaşinqton Tehranla nüvə məsələsini həll etsə, İran qazının da gələcəkdə Avropaya nəqli imkanları müzakirə oluna bilər. Digər tərəfdən Türkiyə İsraillə dialoqu genişləndirib. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan israilli həmkarını Ankaraya dəvət edib. İki ölkə arasında münasibətlər sürətlə normallaşarsa, İsrail qazının da Türkiyə üzərindən Avropaya ixracı mümkündür.

Beləliklə, Avropa Rusiyadan qaz asılığını azaltmaq üçün bütün alternativləri hərəkətə gətirmək məcburiyyətindədir. Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, köhnə qitənin işğalçının qazından hələ də imtina etməməsinin mənəvi tərəfi olacaq. Kremlin özü də Avropanın istənilən addımına hazırlaşıb. Məhz buna görə Rusiya bir neçə il əvvəl Çinə qaz ixrac edən boru xətti çəkib. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə satacaq. Böyük iqtisadiyyata malik Çin istənilən həcmdə qaz almağa hazırdır. Ancaq bu halda Rusiya Çin bazarından asılı vəziyyətə düşəcək. Bu isə Rusiya üçün daha az təhlükə demək deyil...”

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır