İtaliya xarici işlər naziri Luici Di Mayo və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, əsas müzakirə mövzusu İtaliyanın alyansa töhfəsi və Rusiya-Ukrayna arasındakı gərginlik olub.
“Nazir Di Mayo vurğulayıb ki, NATO prinsip və dəyərlərlə bağlı qətiyyətini qorumalı, eyni zamanda Moskva ilə aktiv dialoq aparmaqla, Avropa Birliyi ilə koordinasiyanı gücləndirməlidir. Bu mənada o, siyasi birliyə görə NATO-ya minnətdarlığını ifadə edib və bildirib ki, alyans gərginlikdən uzaqlaşmalı və effektiv müdafiə tədbirləri görməlidir”, - deyə İtaliya XİN-nin açıqlamasında deyilir.
Çinin sədri Si Szinpin bu ilin sentyabr ayında Qazaxıstana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Qış Olimpiya Oyunları çərçivəsində Pekinə səfər edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin lideri Si Szinpinlə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlər, beynəlxalq gündəmdə baş verən proseslər müzakirə edilib.
Tokayev ikitərəfli münasibətlərdə yeni uğurlar əldə etmək üçün Çinlə sıx əməkdaşlığa hazır olduğunu vurğulayaraq, Szinpini sentyabrda Qazaxıstana rəsmi səfərə dəvət edib.
Si Szinpin də bu görüşün münasibətlərə yeni təkan verəcəyini vurğulayaraq, payızda Qazaxıstana səfər etməyi planlaşdırdığını bildirib.
Biz İsrail təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstərərik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq", - Ərdoğan bildirib.
Ötən gün Ukrayna müdafiə naziri Aleksey Reznikovun açıqlaması bir daha Heydər Əliyev siyasətini yada saldı.
Reznikov vurğuladı ki, Kiyev Donbas üzrə üçtərəfli təmas qrupu ilə İstanbulda, eləcə də başqa yerlərdə danışıqlara hazırdır. Üçüncü tərəf isə Luqansk və Donetsk nümayəndələridir.
Minsk razılaşmasının tələbidir və bundan Kiyev nə qədər qaçmağa çalışsa da, mümkün olmur. Kiyevin imzası var və “tərəflərlə” danışıqlar aparmağa məcbur edilir.
Vaxtilə eyni ssenari Azərbaycana da tətbiq edilirdi, Bakıya danışıqlarda tərəf kimi Dağlıq Qarabağ nümayəndələrinin iştirakına razı olması üçün təzyiqlər göstərilirdi.
Daxili çəkişmələr içində çabalayan, normal ordusu, iqtisadiyyatı, gücü olmayan Azərbaycanın bu tələblərə razılaşacağı ehtimalı həddən artıq böyük idi. Azərbaycan isə ilk növbədə “Qarabağın hər iki icmasının iştirakı” məsələsi ilə prosesi uzatdı, ölkədə sabitlik yarandıqdan dərhal sonra xarici siyasətdə bir-birinin ardınca mükəmməl addımlar atıldı: Neft kontraktlarından məharətlə istifadə edən Heydər Əliyev britaniyalı neft nəhənglərinin lobbiçiliyinə nail oldu və danışıqlar prosesində ilk parlaq nəticəni qazandı: Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyünü 54 ölkədən Ermənistan xaric 53 ölkənin qəbul etməsindən sonra “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsi gündəmə gəldi.
O dövrü xatırlayanlar yaxşı bilir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsində “Azərbaycan” sözündən sonra “vergül” qoyulmaması üçün hansı enerji və siyasi-diplomatik bacarıqlar sərf edildi.
Ermənistan Baş naziri Nikol Paşinyan təsadüfən demir ki, erməni siyasi rəhbərliyi 1998-ci ildən danışıqlar masasında bir-birinin ardınca bütün mövqeləri itirdilər. SSRİ-ni idarə edənlərdən biri olan nəhəng siyasətçi Heydər Əliyevin qarşısında özündənrazı Robert Köçəryanın iddialı və diplomatik etiketdən kənar davranışlarını indi də sosial platformalardan izləyə bilərsiniz. Köçəryan o iddialar və özündənrazı görüntülərlə kameralara poz verib, Azərbaycanı danışıqlarda da məğlub etdiyini düşünərkən Heydər Əliyev münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli üçün bütün beynəlxalq sənədlərdə hərf, vergül davası aparırdı, hərbi həll üçün hüquqi əsaslar hazırlayırdı - erməni liderlər bunu dərk etmək qabiliyyətində belə deyildilər.
2011-ci il Kazan danışıqlarında isə İlham Əliyevin “referendum”la bağlı “1988-ci il statistikası əsasında DQ-də yaşayan xalqların iştirakı” məsələsini ümumiyyətlə həmsədrlərin təkliflərindən niyə çıxartdığını Serj Sərkisyan yalnız 5 ildən sonra dərk etmişdi. 2016-cı il aprel savaşından sonra mövqelərini daha da gücləndirən İlham Əliyev artıq qeyd-şərtsiz, BMT qətnamələrinə və beynəlxalq sənədlərə uyğun olaraq, ərazilərin işğaldan azad edilməsini tələb edirdi.
Ona görə “Ukraynanın Heydər Əliyevi yoxdur” sözlərinə ukraynalı dövlət xadimləri, siyasətçiləri, məşhur jurnalistləri və politoloqları 2020-ci ildə “Ukraynanın İlham Əliyevi yoxdur” ifadəsini əlavə etdilər.
Heydər Əliyevin Azərbaycanın milli maraqları naminə nələr etdiyini tam şəkildə anlamaq üçün hələ də zamana ehtiyac var: aradan yalnız onillər keçəndən sonra Heydər Əliyevin vaxtilə adi görünən, rəqiblərinin fərqinə belə varmadığı addımı niyə atdığı haqda dolğun təsəvvür yaranır.
2020-ci ilin 27 sentyabrına Azərbaycan hansı məharətlə və ustalıqla gəlib – böyük tarixdir, inanılmaz diplomatiyadır, misilsiz dövlət strategiyasıdır.
Hamısının da əsasında Heydər Əliyev dayanır...
Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
Fevralın 8-də isə Makron Ukraynaya yollanacaq.
Enerji qiymətlərinin artması və bazarda məhdud qaz həcmlərinin mövcud olduğu indiki şəraitdə Cənub Qaz Dəhlizinin Avropaya tədarükün təhlükəsizliyini artırmaq mənasında aktuallığı daha da artıb.
20 Yanvar - milli azadlıq fədailərinin anma günündə "Şəhidlər Xiyabanını" ziyarət mənəvi bir borcdur.
Monteneqro Rusiyanın Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qoyduğu qadağaya cavab verməyəcək.
Bakının Nərimanov rayonunda dəm qazından 3 zəhərlənmə hadisəsi baş verib.
ABŞ-ın Alabama ştatının Heyl dairəsində yaranan tornado nəticəsində ən azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.