Bakının Nərimanov rayonunda dəm qazından 3 zəhərlənmə hadisəsi baş verib.
Milli.Az "report"-a istinadən bildirir ki, Elçin İsaqzadə küçəsində 1964-cü il təvəllüdlü Abdulrəhimova Gözəl Dərviş qızı, Böyükşor qəsəbəsində 1999-cu il təvəllüdlü Həsənov Nizami Xudayar oğlu və Heydər Əliyev prospektində 1983-cü il təvəllüdlü Məcidova Lamiyə Səxavət qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələrin təfərrüatı araşdırılır.