İtaliya xarici işlər naziri Luici Di Mayo və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, əsas müzakirə mövzusu İtaliyanın alyansa töhfəsi və Rusiya-Ukrayna arasındakı gərginlik olub.
“Nazir Di Mayo vurğulayıb ki, NATO prinsip və dəyərlərlə bağlı qətiyyətini qorumalı, eyni zamanda Moskva ilə aktiv dialoq aparmaqla, Avropa Birliyi ilə koordinasiyanı gücləndirməlidir. Bu mənada o, siyasi birliyə görə NATO-ya minnətdarlığını ifadə edib və bildirib ki, alyans gərginlikdən uzaqlaşmalı və effektiv müdafiə tədbirləri görməlidir”, - deyə İtaliya XİN-nin açıqlamasında deyilir.