Çinin sədri Si Szinpin bu ilin sentyabr ayında Qazaxıstana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Qış Olimpiya Oyunları çərçivəsində Pekinə səfər edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin lideri Si Szinpinlə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlər, beynəlxalq gündəmdə baş verən proseslər müzakirə edilib.
Tokayev ikitərəfli münasibətlərdə yeni uğurlar əldə etmək üçün Çinlə sıx əməkdaşlığa hazır olduğunu vurğulayaraq, Szinpini sentyabrda Qazaxıstana rəsmi səfərə dəvət edib.
Si Szinpin də bu görüşün münasibətlərə yeni təkan verəcəyini vurğulayaraq, payızda Qazaxıstana səfər etməyi planlaşdırdığını bildirib.