Ötən gün Ukrayna müdafiə naziri Aleksey Reznikovun açıqlaması bir daha Heydər Əliyev siyasətini yada saldı.

Reznikov vurğuladı ki, Kiyev Donbas üzrə üçtərəfli təmas qrupu ilə İstanbulda, eləcə də başqa yerlərdə danışıqlara hazırdır. Üçüncü tərəf isə Luqansk və Donetsk nümayəndələridir.

Minsk razılaşmasının tələbidir və bundan Kiyev nə qədər qaçmağa çalışsa da, mümkün olmur. Kiyevin imzası var və “tərəflərlə” danışıqlar aparmağa məcbur edilir.

Vaxtilə eyni ssenari Azərbaycana da tətbiq edilirdi, Bakıya danışıqlarda tərəf kimi Dağlıq Qarabağ nümayəndələrinin iştirakına razı olması üçün təzyiqlər göstərilirdi.

Daxili çəkişmələr içində çabalayan, normal ordusu, iqtisadiyyatı, gücü olmayan Azərbaycanın bu tələblərə razılaşacağı ehtimalı həddən artıq böyük idi. Azərbaycan isə ilk növbədə “Qarabağın hər iki icmasının iştirakı” məsələsi ilə prosesi uzatdı, ölkədə sabitlik yarandıqdan dərhal sonra xarici siyasətdə bir-birinin ardınca mükəmməl addımlar atıldı: Neft kontraktlarından məharətlə istifadə edən Heydər Əliyev britaniyalı neft nəhənglərinin lobbiçiliyinə nail oldu və danışıqlar prosesində ilk parlaq nəticəni qazandı: Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyünü 54 ölkədən Ermənistan xaric 53 ölkənin qəbul etməsindən sonra “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsi gündəmə gəldi.

 

O dövrü xatırlayanlar yaxşı bilir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsində “Azərbaycan” sözündən sonra “vergül” qoyulmaması üçün hansı enerji və siyasi-diplomatik bacarıqlar sərf edildi.

Ermənistan Baş naziri Nikol Paşinyan təsadüfən demir ki, erməni siyasi rəhbərliyi 1998-ci ildən danışıqlar masasında bir-birinin ardınca bütün mövqeləri itirdilər. SSRİ-ni idarə edənlərdən biri olan nəhəng siyasətçi Heydər Əliyevin qarşısında özündənrazı Robert Köçəryanın iddialı və diplomatik etiketdən kənar davranışlarını indi də sosial platformalardan izləyə bilərsiniz. Köçəryan o iddialar və özündənrazı görüntülərlə kameralara poz verib, Azərbaycanı danışıqlarda da məğlub etdiyini düşünərkən Heydər Əliyev münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli üçün bütün beynəlxalq sənədlərdə hərf, vergül davası aparırdı, hərbi həll üçün hüquqi əsaslar hazırlayırdı - erməni liderlər bunu dərk etmək qabiliyyətində belə deyildilər.

2011-ci il Kazan danışıqlarında isə İlham Əliyevin “referendum”la bağlı “1988-ci il statistikası əsasında DQ-də yaşayan xalqların iştirakı” məsələsini ümumiyyətlə həmsədrlərin təkliflərindən niyə çıxartdığını Serj Sərkisyan yalnız 5 ildən sonra dərk etmişdi. 2016-cı il aprel savaşından sonra mövqelərini daha da gücləndirən İlham Əliyev artıq qeyd-şərtsiz, BMT qətnamələrinə və beynəlxalq sənədlərə uyğun olaraq, ərazilərin işğaldan azad edilməsini tələb edirdi.

Ona görə “Ukraynanın Heydər Əliyevi yoxdur” sözlərinə ukraynalı dövlət xadimləri, siyasətçiləri, məşhur jurnalistləri və politoloqları 2020-ci ildə “Ukraynanın İlham Əliyevi yoxdur” ifadəsini əlavə etdilər.

Heydər Əliyevin Azərbaycanın milli maraqları naminə nələr etdiyini tam şəkildə anlamaq üçün hələ də zamana ehtiyac var: aradan yalnız onillər keçəndən sonra Heydər Əliyevin vaxtilə adi görünən, rəqiblərinin fərqinə belə varmadığı addımı niyə atdığı haqda dolğun təsəvvür yaranır.

2020-ci ilin 27 sentyabrına Azərbaycan hansı məharətlə və ustalıqla gəlib – böyük tarixdir, inanılmaz diplomatiyadır, misilsiz dövlət strategiyasıdır.

Hamısının da əsasında Heydər Əliyev dayanır...

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır