Beynəlxalq tərəfdaşları Ukraynaya min tondan çox müdafiə silahı və hərbi texnika verib.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

 

"Ukrayna diplomatiyası artıq üçüncü aydır ki, gücləndirilmiş antiböhran rejimində işləyir. Bundan əvvəl də biz belə rejimdə işləyirdik, indi isə antiböhran rejimində işi iki dəfə artırmışıq. Biz tərəfdaşlarla daim əlaqə saxlayırıq və Ukraynaya dəstək üçün beynəlxalq koalisiyanı birləşdirməyə davam edirik. Bu iş sayəsində bu gün Ukrayna gücləndirilmiş siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi alır. Bu həftələr və aylar ərzində dəstəyin ümumi həcmi 1,5 milyard dollar həddini keçib, Ukraynaya çatdırılan müdafiə silahları və hərbi texnikanın həcmi isə ümumi çəkisi 1000 tondan artıqdır”, - Kuleba bildirib.

Tanrını belarus hesab edirəm.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bladmimir Solovyovun “Solovyov Layv” yutub kanalına verdiyi müsahibəsində deyib.

 

“Bəli, təkcə bu gün yox. O məni 90-cı illərdə bu tavaya atdı, bax hələ də kömək edir”, - Lukaşenko bildirib.

ABŞ-ın Qara dənizə girməsinin region üçün mürəkkəb nəticələri olacaq, bunun qarşısı alınmalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib.

“NATO-nun şərqə genişlənməsi Rusiya üçün təhlükədir, amma Türkiyə üçün də təhlükə olduğu haqda anlayış var. Yunanıstan və Ukrayna Türkiyənin burnunun dibindədir. Biz başa düşürük ki, Ukrayna da Yunanıstan kimi Vaşinqtonun maraqlarına xidmət edir. ABŞ-ı Qara dənizə dəvət etməyin çox çətin nəticələri olacaq. Qara dənizdə kənar qüvvələrin qarşısını almaq lazımdır", - deyə Perinçək bildirib.

 

Onun sözlərinə görə, Türkiyə üçün təhlükə ABŞ və NATO-dan gəlir:

“Biz bunu illərdir deyirik. Bu terrorçu PKK-ya dəstək verən ABŞ-dır, FETÖ-ya dəstək verən də ABŞ-dır”.

Ötən il Şimali Koreya hakerləri milyonlarla dollar dəyərində kriptovalyuta oğurlayıblar. Belə kiberhücumlar Pxenyanın nüvə və raket proqramının maliyyə mənbəyinə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin məlumatında deyilir.

 

Məlumata görə, Şimali Koreya üçün xüsusən kriptovalyuta aktivlərinə edilən kiberhücumlar mühüm gəlir mənbəyi olaraq qalır. 2020-ci ildən 2021-ci ilin ortalarına qədər kiberhücumçular 50 milyon dollar dəyərində rəqəmsal aktivləri oğurlayıblar. Kiberhücumlar Şimali Amerika, Avropa və Asiyada ən azı üç kriptovalyuta birjasını hədəf alıb.

Məlumatlar BMT-nin sanksiyalar komitəsinə göndərilib.

“Mançester Yunayted”in və Portuqaliya millisinin 37 yaşlı hücumçusu Kristianu Ronaldonun İnstaqramda izləyicilərinin sayı 400 milyona çatıb.

Kult.az xəbər verir ki, Ronaldo İnstaqramda izləyici sayına görə liderliyini qoruyub saxlayıb.

 

Qeyd edək ki, ikinci ən çox İnstaqram izləyicisi olan futbolçu PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messidir - 306 milyon.

Ukrayna naminə Rusiyaya qarşı müharibədə iştirak Amerika ordusu üçün intihar olardı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter öz məqaləsində yazıb.

O qeyd edib ki, Ukrayna NATO-ya qəbul olsa, nizamnamənin beşinci maddəsinə uyğun olaraq, alyans Kiyevi qorumağa məcbur olacaq:

"Blok postsovet respublikasını öz çətiri altına almağa məcburdur. Orada hava hücumundan müdafiə qüvvələrini, döyüş qruplarını və aviasiyanı yerləşdirəcək. Ukrayna Krımın işğalına görə Rusiya ilə hibrid müharibəyə başlayacaq. Bu halda Rusiya cavab vermək məcburiyyətində qalacaq və bu, alyansı silahlı münaqişəyə sürükləyəcək. Bir vaxtlar Sovet ordusu ilə döyüşmək üçün təlim keçmiş biri kimi deyə bilərəm ki, Rusiya ilə müharibə olsa, ABŞ ordusu bu günədək heç vaxt üzləşmədiyi halla qarşılaşacaq".

Kəşfiyyatçı bildirib ki, ABŞ ordusu tam təşkilatlanmayıb və Rusiya ilə hipotetik müharibəyə hazır deyil. Bundan əlavə, Amerika doktrinası genişmiqyaslı silahlı münaqişədə iştirakı nəzərdə tutmur.

Zabit xəbərdarlıq edib ki, Rusiya ilə adi müharibə ABŞ ordusu üçün görünməmiş məğlubiyyət deməkdir.