Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter səhifəsində yazıb.

 

Türkiyə XİN rəhbəri bildirib ki, görüşdə türk dünyası üçün atılacaq addımlar müzakirə edilib.

Bütün tərəflər razılaşarsa, Kiyev Donbas üzrə Təmas Qrupunun görüşlərini Türkiyədə keçirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

 

"Məsələ ilə bağlı türk tərəfdaşlarımız Ukraynaya təkliflər edib. Əlbəttə bütün tərəflər arasında razılıq əldə olunsa, Donbas üzrə Təmas Qrupunun görüşlərini Türkiyədə keçirməyə hazırdır".

10:48

Qərb mediasının Rusiya diplomatlarının Ukraynadan guya təxliyə edildiyi barədə şayiəsi öz diplomatlarının Kiyevdən evakuasiyasına başlanılması üçün əsas hazırlamaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova rus diplomatların Ukraynadan təxliyə edilməsi ilə bağlı yayılan məlumatlara münasibətində bildirib.

 

O deyib ki, rus diplomatların Ukraynadan təxliyəsi barədə şayiələr Qərb mediası, o cümlədən “Nyu York Tayms” tərəfindən hələ bir ay öncə, Ukraynadakı rus diplomatların övladlarından bəzilərinin Yeni il tətili üçün Rusiyaya gəldiyi zaman yayılıb:

“İndi biz görürük ki, bu şayiənin yayılmasında məqsəd ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və s. ölkələrin öz diplomatlarını və onların ailələrini Ukraynadan çıxarmaqdır. Artıq ötən gün İsrail də öz diplomatlarını təxliyə edəcəyini açıqlayıb”.

Qeyd edək ki, Rusiya diplomatlarının ölkədən getdiyi barədə məlumat yerli sakinlərə istinadla yayılmışdı.

Oyuncaq ayıya bənzəyən koalalar Avstraliyanın ən məşhur heyvanlarından biridir. Bu otyeyənlərin populyasiyası ətraf mühit dəyişikliyilə bağlı təhlükə altındadır.

Mili.Az oxu.az-a istinadən xəbər verir ki, Avstraliya hökuməti rəsmi olaraq koalanı nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. Heyvan bu statusu Yeni Cənubi Uels, Kvinslend və Avstraliyanın paytaxt ərazilərində alıb.

Qeyd edək ki, iqlim dəyişikliyi, yaşayış yerlərinin məhvi və xəstəliklər koalaların sayının sürətlə azalmasına səbəb olur. Avstraliyanın Ətraf Mühit Naziri Syuzan Ley bu heyvanların populyasiyasını bərpa etmək üçün milli plan yaratmağı vəd edib.

Qeyd edək ki, koalalar yalnız evkalipt meşələrində yaşayır. Avropalılar onu 1802-ci ildə kəşf ediblər. Son üç ildə Avstraliyada koalaların ümumi sayı 30% azalıb. 2018-ci ildə onların populyasiyası müxtəlif hesablamalara görə 42,7 mindən 82,1 minə qədər, 2021-ci ildə isə 32 mindən 57,9 minə qədər olub.

ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı Blinken Rusiyanın mümkün hücum ehtimalına qarşı ABŞ-ın Ukraynaya dəstəyini bir daha xatırladıb.

 

Dövlət katibi vurğulayıb ki, əgər Moskva hücuma keçərsə, qarşılığı ağır olacaq.

ABŞ Prezidenti Co Bayden videokonfrans zamanı müttəfiqlərə bildirib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu iddia ilə Politico nəşri çıxış edib.

Sözügedən görüşdə Britaniya, İtaliya, Almaniya, polşa, Rumıniya liderləri, o cümlədən NATO-nun baş katibi iştirak edib. Nəşrin yazdığına görə, Vaşinqton bildirib ki, Rusiyanın hücumu həm raket zərbəsi, həm də kiberhücum ola bilər.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki,bu barədə partiyanın mətbuat katibi Aleksandr Yuşenko deyib.

 

O bildirib ki, partiya rəhbəri 2-3 günlük profilaktika çərçivəsində lazımi testlərdən keçib:

“Əlbəttə, testlərdən keçdi. Hansı profilaktik tədbirlərə qaldıqda, bu, tibbi sirdir, bu barədə bilmirəm, bilmək də istəmirəm. Həkimlərə tam etibar edirəm”.

İki doza “Sinovac”, üç doza “BioNTech” vaksini vurdurmuşam. Xəstəliyi yüngül keçirdim. Təbii ki, burada vaksinlərin faydası oldu.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"4-5 gün ərzində test nəticəsi mənfi oldu. Bazar ertəsi BƏƏ-yə səfərim olacaq. Bu proses zamanı heç bir yorğunluğum olmadı. İşimə evdə davam etdim. Peyvənd çox kömək etdi, prosesi çox asanlıqla keçdim. Həyat yoldaşım hələ tam sağalmayıb", - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə Azərbaycana təzminat ödənişi məsələsi əsaslı olaraq müzakirəyə çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bunu Report-a hərbi ekspert İqor Korotçenko bildirib.

 

O, Ermənistanın törətdiyi dağıntıları qiymətləndirib: “Qarabağda az qala hər şeyin ucdantutma məhv edildiyi nəzərə alınsa, ödəniləcək təzminatın 100 milyard dollar həcmində olacağı şübhə doğurmur. Sözsüz ki, Qərb ölkələrindəki erməni lobbisi də, erməni diasporu da bu məsələnin baş tutmaması üçün yerli hökumətlərə hərtərəfli təzyiqlər göstərəcək”.

Rusiyalı ekspertin fikrincə, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntılara görə Azərbaycana təzminat ödəməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılmalı, əsaslandırılmalı, həll edilməsi üçün beynəlxalq birliklə birgə addımlar atılmalıdır: “Bu məsələni qaldırmaq, beynəlxalq qurumların müvafiq qərarlar vermələrinə nail olmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar lazımi çalışmalar aparmalıdır”.

Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

 

“Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. Bu gün isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, - o bildirib.