İranda koronavirusa yoluxaraq ölün hallarının artması müşahidə edilir.
Axar.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, artıq 10 gündür ölüm halları 100-dən çox olur. Belə ki, son 24 saat ərzində ölkə ərazisində 16 min 967 nəfərin virusa yoluxması, 242 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 942 min 452 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 135 min 40-a çatıb.
Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 53 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 498 min 920 COVID-19 xəstəsi sağalaraq evə buraxılıb.
ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
Fransa xarici işlər naziri Jan İv Lö Drian rusiyalı həmkarı Sergey Lavrova zəng edib.
Axar.az xəbər verir ki, fransalı nazir Ukraynanın şərqindəki eskalasiyadan dərin narahatlığını ifadə edib.
Lö Drian bildirib ki, ATƏT-in Donbasda qeydə aldığı pozuntular “Normand formatı” öhdəliklərinə ziddir.
Türkiyə ilə Avropa Birliyi (AB) arasında 2018-ci ildən bəri ilk parlamentlərarası görüş olacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, görüş 17-18 martda Avropa Parlamentinin ofisində keçiriləcək.
İclasda Türkiyəni deputat İsmayıl Əmrah Qarayel, AB-ni isə AP millət vəkili Sergey Laqodinski təmsil edəcək.
Görüşdə Türkiyə-AB münasibətləri və gələcəkdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
ABŞ Prezidenti Co Bayden NATO ölkələrinin liderləri ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığının 1 saat davam etdiyi bildirilib.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ştatlar prezidentinin Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, Böyük Britaniya, o cümlədən Avropa Birliyi və NATO liderləri ilə söhbət aparacağı barədə məlumat yayılmışdı.
Müzakirə mövzusu Ukrayna ətrafındakı hazırki situasiyadır.
Putinin hücuma qərar verdiyini düşünürük.
Axar.az xəbər verir ki, bu sözləri Bayden Ukrayna ilə bağlı jurnalistin sualına cavab verərkən deyib.
O, bu haqda əllərində kəşfiyyat məlumatı olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, Bayden müttəfiq ölkələrin liderləri ilə təcili danışıqlar aparır.
“Donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
“Mən ehtiyatda olan həmvətənlərimi hərbi komissarlıqlara gəlməyə çağırıram. Bu gün mən ümumi səfərbərlik haqqında fərman imzaladım", - deyə Puşilin vurğulayıb.
Qərb Rusiya və Belarusa qarşı kampaniyasının birinci raundunu uduzub.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Rusiya və Belarusun təzyiqlərə qarşı uğurla mübarizə aparmaqları vacibdir”, - prezident bildirib.
İmişli rayonunda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.