“Donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
“Mən ehtiyatda olan həmvətənlərimi hərbi komissarlıqlara gəlməyə çağırıram. Bu gün mən ümumi səfərbərlik haqqında fərman imzaladım", - deyə Puşilin vurğulayıb.