Azərbaycanın bədii gimnastları İlona Zeynalova və Gövhər İbrahimova Macarıstanda keçirilən ənənəvi "Gracia Fair Cup" beynəlxalq turnirində qızıl medal qazanıblar.
Axar.az xəbər verir ki, hər iki idmançı fərdi növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Zeynalova böyüklər, İbrahimova isə gənclər arasında çoxnövçülük proqramında qalib olub.
Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında yazıb.
“AB və onun tərəfdaşları buna birlik, möhkəmlik və həmrəyliklə qətiyyətlə reaksiya verəcəklər”, - Mişel qeyd edib.
ABŞ öz müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyanın “dxr” və “lxr”i tanımasına qarşı müvafiq tədbirləri görəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, Rusiyanın qondarma qurumları tanıması sürətli və ciddi cavab tələb edir:
“Bu addım Moskvanın Minsk razılaşmalarından tam imtina etdiyini göstərir”.
Ermənistan cəmiyyəti hazırda Rusiyaya təyin olunan yeni erməni səfirin Moskvada açıq-aşkar alçaldılmasından danışır. Yeni erməni səfir Vaqarşaq Aratyunyan bir müddət Rusiyada etimadnaməsini təqdim etmək üçün səlahiyyətli nümayəndə tapa bilməyib. Sonda onu Rusiya xarici işlər naziri Serqey Lavrovun birinci mavini də yox, 10 müavinindən biri qəbul edib.
Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi icmaçı Tevos Arşakyan deyib.
Onun sözlərinə əsasən, Aratyunyanın etimadnaməsini bir neçə gün öncə Lavrovun müavinlərindən biri olan biri Andrey Rudenko qəbul edib.
“Guya Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə straji tərəfdaşıdır, biz KTMT-yə üzv ölkəyik, Rusiyanın bizim ölkəmizdə hərbi bazası mövcuddur. Bəs hansı səbəbdən Kreml erməni səfiri normal qarşılaya bilmədi? Lavrovun işi belə çox idi ki, o, Ermənistan səfirini qəbul edə bilmədi? Moskva bizi kiçik Afrika ölkəsi qismində görür və o cür də “hörmət” edir. Rusiya diplomatik protokol qaydalarına əsasən səfirləri şəxsən xarici işlər naziri qəbul etməlidir. Nazirin əvəzinə birinci müavin Vladimir Titov da ola bilərdi. Bu halda heç kim heç nə deyə bilməzdi, çünki Titov da Kremldə samballı fiqur sayılır. Amma 10 müavindən biri... Bu, konkret İrəvanın Moskvanın gözündə harada olduğunun işarəsidir”, - deyə erməni ekspert qeyd edib.
Gürcüstanın eks-prezidenti, hazırda həbsdə saxlanılan Mixail Saakaşvili aclıq elan edib.
Axar.az xəbər verir ki, o, ittihamlara etiraz əlaməti olaraq müddətsiz aclığa başladığını bildirib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İsveçrə bankında hesabları yoxdur və xaricdə daşınmaz əmlaka sahib deyil.
Axar.az xəbər verir ki, bu bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali bildirib.
“Mətbuatın yazdığı kimi, Tokayevin İsveçrə banklarında hesabı, ofşor şirkətləri yoxdur. Qasım-Jomart Tokayevin keçmiş həyat yoldaşının da hesabları olmayıb”, - Uali bildirib.