Biz Təhlükəsizlik Şurasında sülh axtarışında toplaşarkən Putin bu şuraya tamamilə hörmətsizlik edərək müharibə elan etdi.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının əksər üzvləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyərək bunu beynəlxalq hüquqa və BMT prinsiplərinə hörmətsizlik adlandırıb.

Belarus lideri Aleksandr Lukaşenko hərbçilərlə iclas keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, Belarusdakı 30 minlik rus ordusunun da Ukraynaya hücuma keçdiyi iddia edilir.

Rəsmi Kiyev Belarus-Ukrayna sərhədində Vilça əsas keçid məntəqəsini bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.

Məlumata görə, Vilça keçidi mart ayının 3-dək bağlı elan edilib.

Ukrayna total müdafiə rejiminə keçir. Əli silah tuta bilən hər bir şəxs hazırda öz regionunda Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin sıralarına qoşula bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, silah əldə etmək istəyənlər yaşadığı bölgədəki ərazi müdafiə qüvvələrinin briqada və batalyonlarına müraciət edə bilər.

Ukrayna Ordusunun Ali Baş Komandanı, Prezident Vladimir Zelenski orduya işğalçıya maksimum itki verməsi üçün ağır zərbələr endirməyi əmr edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının sosial şəbəkə səhifəsində bildirilib.