Hazırda Donetskdə Rusiya ordusu yoxdur, ancaq yaxın gələcəkdə onlar burda olacaq.

Axar.az xəbər verir ki, bu sözləri qondarma “dxr”in başçısı Puşilin deyib.

O bildirib ki, Rusiya ordusunun Donbasa girişi “müttəfiqlik sazişi”nə uyğundur.

Videokonfrans sammiti ilə NATO indi öz mövqeyini müəyyənləşdirməli və nə edəcəksə, onu etməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, indiyədək Ukraynaya əsgər göndərmək kimi ciddi vəziyyətlə üzləşməmişik. Hamı sadəcə sözlə işləyir, heç kim iş görmür. Rusiya sərhəddə ciddi hərbi gücə malikdir. Təbii ki, bu tablo qarşısında hansı nəticənin ola biləcəyini təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur.

Bu baxımdan görək NATO-ya üzv olan ölkələrin liderləri bu videokonfransda nə deyəcəklər. Təbii ki, onların deyəcəklərinə görə nə deyəcəyimizi müəyyənləşdirəcəyik və mövqeyimizi ortaya qoyacağıq”, - Ərdoğan bildirib.

Çeçen və inquş xalqının 23 fevral 1944-cü ildəki deportasiyası xalqın açıq şəkildə qətliamıdır.

Axar.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“1944-cü ildə xalqlarımız açıq-aşkar və qeyri-insani cinayətin - Sibirə və Qazaxıstana kütləvi deportasiyanın qurbanı oldular. Bu, faşist işğalçıları ilə əməkdaşlıq haqqında saxta ittihamlarla ört-basdır edilən dəhşətli repressiya aktıdır. Bu cinayəti xalqa qarşı açıq repressiyadan başqa cür adlandırmaq olmaz”, - Kadırov bildirib.

Qeyd edək ki, 1944-cü ilin 23 fevralından başlayaraq çeçen və inquşlar doğma yurd-yuvalarından çıxarılaraq Qazaxıstan və Sibirə deportasiya olundular. Ümumilikdə yarım milyon əhalinin deportasiya olunduğu bildirilir.

Əziz Gürcüstan, Putin 2008-ci ildə sizi işğal edərək Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla beynəlxaql hüquq normalarını pozmuşdu. Bu gün bunu Ukraynada da etdiyinə görə dünya ictimaiyyətinə 2008-ci ildə baş verənləri xatırlatmaq şansınız var.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza öz rəsmi Tvitter hesabında yazıb.

Rusiyanın “dxr” və “lxr”in “müstəqilliyini” tanımasından dərhal sonra rusiyalı deputat Leonid Kalaşnikov Luqansk və Donetsk vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərinin də qondarma-separatçı qurumlara qatıla biləcəyini dedi.

Axar.az xəbər verir ki, Donetsk vilayətinin sahəsi 26.517 kv/km, əhali 4,2 milyon, Luqansk vilayətinin sahəsi 26.684 kv/km, əhalisi 2.17 milyon nəfərdir.

2014-cü ildə baş verən qarşıdurmalardan sonra separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsini işğal ediblər. Hazırda onların əlində Donbasın yalnız kiçik bir hissəsi var (Xəritəyə bax). Minsk razılaşmasına qədər Donbasın ümumilikdə 53,2 min kv/km ərazisinin 16 min kv/km-i separatçıların işğalı altındadır.

Separatçıların tutduqları ərazinin Azov dənizinə çıxış yolu olsa da, orada onların qarşısını Ukrayna donanması kəsir.

Beləliklə, “müstəqillikləri”nin Rusiya tərəfindən tanınmasına baxmayaraq, qondarma qurumların yalnız Rusiya ilə quru əlaqəsi mövcuddur.

Rusiya Silahlı Qüvvələrində dünyada analoqu olmayan silah var.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, son illər ölkədə Silahlı Qüvvələrin keyfiyyətcə müasirləşdirilməsi üçün xeyli işlər görülüb: onlar daha mobilləşib və yeni döyüş təcrübəsi qazanıb.

“Dünyada tayı-bərabəri olmayan silahlar döyüşə buraxılıb. Biz perspektivli silah sistemlərini, hipersəsli sistemləri inkişaf etdirməyə davam edəcəyik. Qabaqcıl rəqəmsal texnologiyaların və süni intellekt elementlərinin istifadəsini genişləndirəcəyik”, - Putin qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Qazaxıstana rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-i bəyanat yayıb.

Bidirilib ki, Çavuşoğlu səfər çərçivəsində Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclasına həmsədrlik edəcək.

Çavuşoğlunun Prezident Qasım-Jomart Tokayevlə də görüşəcəyi gözlənilir.