Əziz Gürcüstan, Putin 2008-ci ildə sizi işğal edərək Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla beynəlxaql hüquq normalarını pozmuşdu. Bu gün bunu Ukraynada da etdiyinə görə dünya ictimaiyyətinə 2008-ci ildə baş verənləri xatırlatmaq şansınız var.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza öz rəsmi Tvitter hesabında yazıb.