Çeçen və inquş xalqının 23 fevral 1944-cü ildəki deportasiyası xalqın açıq şəkildə qətliamıdır.
Axar.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.
“1944-cü ildə xalqlarımız açıq-aşkar və qeyri-insani cinayətin - Sibirə və Qazaxıstana kütləvi deportasiyanın qurbanı oldular. Bu, faşist işğalçıları ilə əməkdaşlıq haqqında saxta ittihamlarla ört-basdır edilən dəhşətli repressiya aktıdır. Bu cinayəti xalqa qarşı açıq repressiyadan başqa cür adlandırmaq olmaz”, - Kadırov bildirib.
Qeyd edək ki, 1944-cü ilin 23 fevralından başlayaraq çeçen və inquşlar doğma yurd-yuvalarından çıxarılaraq Qazaxıstan və Sibirə deportasiya olundular. Ümumilikdə yarım milyon əhalinin deportasiya olunduğu bildirilir.