Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskinin koronavirus testi mənfi çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, buna baxmayaraq, siyasətçinin vəziyyəti hələ də ağır qiymətləndirilir, ağ ciyərlərinin zədə dərəcəsi 50-75 faiz təşkil edir.

“Həkimlər Jirinovskini gündə iki dəfə müayinə edirlər. Onun həmçinin orta dərəcəli anemiyası var. Həkimlər dərmanlarla dəmir səviyyəsini yüksəltməyə çalışırlar, lakin ona qan köçürülməsi də lazım ola bilər”, - məlumatda qeyd olunub.

Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın adı SuisseSecrets beynəlxalq jurnalist araşdırmasında yer alıb.

Milli.Az Hetq.am-a istinadən xəbər verir ki, beynəlxalq araşdırma jurnalistika təşkilatı - SuisseSecrets-ə sızdırılan məlumatda bildirilir ki, Ermənistan vətəndaşlarının və ya Ermənistanla əlaqəli şəxslərin sayı 500-ə, bank hesablarının sayı isə 400-ə yaxındır. Bu şəxslər arasında Armen Sarkisyan və onun ailə üzvləri də var. A.Sarkisyan və bacısı Karine Sarkisyanın İsveçrənin Credit Suisse bankında 10 milyondan çox İsveçrə frankı var və bu hesab 2006-cı ildən fəaliyyət göstərir. 2016-cı ilə qədər bank tərəfindən onlara xidmət göstərilib. İsveçrə bankında hesabın olması cinayət deyil, amma prezident həmin hesabdakı pulları bəyan etməyib.

2013-cü il sentyabrın 27-də Armen Sarkisyan Böyük Britaniyada səfir təyin edilib. O, vəzifəyə təyin olunduğu andan qanuna görə "bəyannamə təqdim etməyə borclu olan şəxs" olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunan bəyannamələri təhlil etdikdə məlum olur ki, istər vəzifəyə başlama bəyannaməsində (2013), istərsə də 2014, 2015, 2016-cı illərin illik bəyannamələrində keçmiş prezident yuxarıda göstərilən vəsaitləri göstərməyib.

Hetq.am beynəlxalq tərəfdaşları ilə birlikdə Armen Sarkisyandan bu pulların mənşəyi və niyə bəyan etməməsi ilə bağlı açıqlama verməsini xahiş edib. Sualları əhəmiyyətsiz hesab edən Sarkisyan buna baxmayaraq deyib ki, həmin illərdə o, əvəzsiz olaraq səfir vəzifəsində çalışıb, hətta Ermənistanın Böyük Britaniyada səfirliyinin açılmasına öz pulunu xərcləyib və qaydaların məmurları məcburiyyət qarşısında qoyması ona aydın deyil. Nümunə kimi o, öz gəlirini bəyan etməyən Çarlz Aznavurun adını çəkib.

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur.

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.

Axar.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

 

Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.

"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır", - baş nazir əlavə edib.

Rusiya işğalçı qoşunları öz artilleriya və zirehli texnikalarını Donbasda yaşayış binalarının arasına yerləşdirir və oradan Ukrayna yaşayış məntəqələrini atəşə tutur.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

 

"Bu, bizi provokasiyaya sövq edən cinayətkar davranışdır. Düşmən çox gözəl bilir ki, bizim cavab verməyə hər cür əsasımız var. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq... Biz işğalçı qoşunların hərəkətlərini cəzasız qoymuruq”, - Reznikov bildirib.

Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Vladimir Yaluninin vəfat edib.

Axar.az xəbər verir ki, onun meyiti buz bağlamış çaydan tapılıb.

Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.

 

Yaluninin yaxınlarının sözlərinə görə, 70 yaşlı keçmiş nazir müavini fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb.

Vladimir Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini olub.

ABŞ-ın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına təcili müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, diplomatik missiya Rusiyada yaşayan amerikalılara ölkəni tərk etməyi tövsiyə edib.

 

“Kütləvi informasiya vasitələrinin məlumatına görə, Moskva və Sankt-Peterburq da daxil olmaqla, iri şəhərlərdə ticarət mərkəzlərinə, metro stansiyalarına və insanların sıx toplaşdığı digər yerlərə, habelə Rusiyanın Ukrayna ilə sərhədi boyunca gərginliyin yüksək olduğu ərazilərə hücum təhlükəsi var”, - deyə bildirilib.

Donbasda vəziyyət hər keçən gün gərginləşir, ukraynalı hərbçilər bazar günü ərzində Donetsk ərazisinə 700 mərmi atıb.

Axar.az xəbər verir ki, bu barədə “donetsk xalq respublikası”nın “milis qüvvələri”nin nümayəndəsi Eduard Basurin deyib.

 

“Hazırda ötən günə nisbətdə vəziyyət daha da gərginləşib. Təxminən 700 mərmi əraziyə buraxılıb”, - deyə Basurin bildirib.