ABŞ-ın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına təcili müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, diplomatik missiya Rusiyada yaşayan amerikalılara ölkəni tərk etməyi tövsiyə edib.
“Kütləvi informasiya vasitələrinin məlumatına görə, Moskva və Sankt-Peterburq da daxil olmaqla, iri şəhərlərdə ticarət mərkəzlərinə, metro stansiyalarına və insanların sıx toplaşdığı digər yerlərə, habelə Rusiyanın Ukrayna ilə sərhədi boyunca gərginliyin yüksək olduğu ərazilərə hücum təhlükəsi var”, - deyə bildirilib.