ABŞ Rusiya rəhbərliyinin Donbasda “soyqırım” aparılması ilə bağlı açıqlaması ilə razılaşmır.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Rusiya Prezidenti Vladimir Putin və digər rusiyalı rəsmilərin Donbasda “soyqırım”la bağlı açıqlamasından xüsusi narahatıq. Belə bir açıqlama üçün heç bir əsas yoxdur”, - deyə diplomat bildirib.
Bu oyun bizim üçün böyük təcrübə olacaq.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
"Marsel"in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik", - Q.Qurbanov söyləyib.
Rəsmi Kiyev Rusiya Dumasında Luqansk və Donetskin “müstəqilliyi”nin tanınması qərarının müzakirəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şəkildə müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.
O bildirib ki, Dumanın bu qərarı Minsk razılaşmasını və münaqişənin sülh yolu həlli prosesini pozur:
“Minsk razılaşmasının icrasına dair 17 fevralda keçiriləcək görüşdə bu məsələni nəzərdən keçirməyə çağırırıq”.
Qeyd edək ki, Dövlət Duması Donetsk və Luqanskın "müstəqilliyi"nin tanınması ilə bağlı qanun layihəsinə səs verib. Sənəd artıq Putinə göndərilib.
Fevralın 14-də AMEA prezidenti Ramiz Mehdiyev qurumun Rəyasət Heyətinin iclasında istefa verdiyini açıqladı. Bir gün sonra isə onun işini davam etdirdiyi bəlli oldu.
Axar.az xəbər verir ki, R.Mehdiyev bununla bağlı mediaya açıqlamasında “istefası ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığını” dedi. Bu isə ciddi şəkildə prosedur pozuntusudur.
Əvvəla, bu sözlərdən bəlli oldu ki, Ramiz Mehdiyev ümumiyyətlə rəsmi şəkildə istefa ərizəsi hələ yazmayıb.
İkincisi, Ramiz Mehdiyev istefa ərizəsi ilə Prezidentə niyə müraciət etməlidir? Məsələnin ölkə Prezidentinə nə aidiyyəti var?
AMEA prezidenti AMEA-nın Ümumi Yığıncağında səsvermə yolu ilə seçilir. Namizədlər isə Rəyasət Heyətində qeydə alınır.
Yəni prosedur belədir: Əgər AMEA prezidenti istefa qərarı verirsə, o, Rəyasət Heyətinə ərizəsini təqdim edir. RH kollegial idarəetmə orqanı kimi dərhal Ümumi Yığıncağın çağırılması barədə qərar qəbul etməlidir. Ümumi Yığıncağa qədər isə AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Ümumi Yığıncaqda istefa ərizəsi müzakirəyə çıxarılır, qəbul edilir və yeni namizədlər səsverməyə buraxılır. Yeni prezident seçiləndən sonra isə onun təsdiqlənməsi üçün ÜY-ın qərarı Prezidentə göndərilir. Prezident yalnız fövqəladə halda hansısa veto qoya bilər, ancaq adətən heç bir fövqəladə hal olmur.
Beləliklə, AMEA prezidentinin istefa ərizəsini ölkə Prezidentinə təqdim etməli olduğu haqda heç bir anlayış mövcud deyil. Bunu Ramiz Mehdiyev bilmirmi?
Rəyasət Heyətinin iclası keçirilibsə və iclasda Ramiz Mehdiyev istefa verdiyini elan edibsə, AMEA Nizamnaməsinə uyğun prosedurlar icra olunmalı, Ümumi Yığıncağın vaxtı təyin edilməlidir.
AMEA RH heç bir addım atmayıb, Ümumi Yığıncaq çağırılmayıb, səlahiyyətlərin birinci vitse-prezidentə ötürülməsi baş verməyib və ümumiyyətlə, Ramiz Mehdiyevin şifahi elanından başqa hər hansı rəsmi ərizəsi də mövcud deyil.
Bu nə oyundur Ramiz Mehdiyev davam etdirir?
Fevralın 17-də növbəti Ümrə ziyarəti baş tutacaq.
Kiyevin Donbasda hərbi əməliyyatlara qərar verməsi ehtimalı yüksəkdir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu ehtimal yüksəkdir, realdır və təəssüf ki, hamımız, bütün dünya artıq Kiyevin Donbasda hərbi əməliyyata başladığının şahidi olur”, - Peskov bildirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.
"COVİD-19 testimin nəticəsi pozitiv oldu. Xəstəliyi yüngül keçirirəm. İşlərimi bir müddət evdən davam etdirəcəyəm. Allah bütün xəstələrə şəfa versin", - nazir bildirib.
“Müttəfiqlərin qətiyyəti-2022” hərbi təlimləri başa çatdıqdan sonra Rusiya hərbçiləri Belarusu tərk edəcəklər.
Axar.az xəbər verir ki, bunu Belarus XİN rəhbəri Vladimir Makey deyib.
Makey bildirib ki, təlim bitdikdən sonra ölkədə nə bir rus əsgəri, nə də bir rus texnikası qalacaq.
ABŞ Azərbaycanın müstəqilliyini həmişə dəstəkləyib. Bu 30 il ərzində ölkələrimiz iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq edib.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.
Ukraynalıları sülh şəraitində yaşamaq istəyi birləşdirir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski 16 Fevral - Birlik Günü münasibətilə bağlı videomüraciətində deyb.
“Bu gün vacib bir gündür - hamımız üçün birlik günüdür”, - Zelenski bildirib.
Xatırladaq ki, Vladimir Zelenski Rusiyanın hücum edəcəyi gün kimi vurğulanan 16 fevralın Birlik Günü olaraq qeyd edilməsi ilə bağlı fərman imzalamışdı.