Bu oyun bizim üçün böyük təcrübə olacaq.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
"Marsel"in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik", - Q.Qurbanov söyləyib.