Ukrayna bütün xarici borcların silinməsi üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməlidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko deyib.

 

“Belə bir prosedur artıq digər ölkələrə qarşı həyata keçirilib. Pandemiya başlayandan bəri BVF 25 ölkənin borcunu silib. Tarixdə təcavüzə və digər çətin vəziyyətə düşmüş dövlətlərin borclarının silinməsinə dair də çoxlu nümunələr olub. Bu gün bizim xarici borcumuz 52 milyard dollara yaxındır. Əgər Qərb dünyasında dostlarımız varsa, onlar beynəlxalq hüquq və Budapeşt memorandumuna əsasən 52 milyard dollar dövlət borcumuzu silməyə borcludurlar”, - Timoşenko qeyd edib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Abduallahian İranın Ukrayna böhranının sülh yolu ilə həlli üçün hər cür lazımi kömək və addımı atmağa hazır olduğunu deyib. İran XİN rəhbəri gərginliyin azalmasından məmnunluğunu ifadə edib və hazırkı vəziyyətin üçüncü ölkələrin müdaxiləsi olmadan dialoq və diplomatik kanallar vasitəsilə həll olunacağına ümid etdiyini bildirib.

“Biz bölgədə sülh və sabitliyin qorunmasını istəyirik”, - deyə o əlavə edib.

Dağıstanın rəhbəri Sergey Melikov Abdulpatax Əmirxanovun respublika hökumətinin başçısı vəzifəsindən istefa verməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, Əmirxanov öz xahişi ilə istefa verib.

 

Eyni fərmanla hökumətin sədri vəzifəsinin müvəqqəti icra edilməsi Əbdülmüslim Əbdülmüslimova həvalə edilib.

Qeyd edək ki, Əmirxanov 2020-ci ilin dekabrından Dağıstanın Nazirlər Kabinetinə rəhbərlik edir. Əbdülmüslimov 25 iyul 2019-cu ildən vilayət hökuməti sədrinin müavini vəzifəsində çalışıb.

"Təəssüflər olsun ki, son olaylar onu göstərir ki, Ermənistanda və onların Qarabağda olan əlaltıları çalışırlar ki, regionda gedən bu müsbət prosesləri - quruculuq işləri, o cümlədən tranzit-yol nəqliyyat infrastrukturunun qurulması ilə bağlı olan işləri  müəyyən destruktiv abu-hava yaratmaqla əngəlləsinlər".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Araikin saxlanılmasında Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi dəstək ola bilər:

"Ermənistandakı revanşist qüvvələr gərginlik əsnasında öz planlarını yerinə yetirməyə çalışırlar, eyni zamanda üçtərəfli sazişdən irəli gələn məsələlərin yerinə yetirilməməsinə can atırlar. Bilirik ki, üzümüzə gələn illərdə ən vacib məsələlərdən biri də azərbaycanlıların öz doğma yurd-yuvalarına, o cümlədən Rusiyanın sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə qaytarılmasıdır.

Əlbəttə ki, o separatçılar orada nə qədər ki, aktivdirlər, onların aktivliyi bu proseslərə əngəl törədir və ciddi maneələr yaradır. Ona görə də düşünürəm ki, əlbəttə ki, antiterror əməliyyatları, yaxud da müxtəlif qanunsuz silahlı dəstə başçılarının zərərsizləşdirilməsi ilə bağlı zəruri addımların atılması vacibdir. 

Yalnız bundan sonra biz tam olaraq təhlükəsizlik şəraitində gedən prosesləri təmin edə bilərik. Nə qədər ki, Araik Arutyunyan, Vitali Balasanyan kimi şəxslər Qarabağın dağlıq hissəsində mövcuddurlar, - nəyinki mövcuddurlar, hətta ona-buna göstərişlər verirlər, - təəssüflər olsun ki, tam sülh və yaxudda ki, sabitliyi yaratmaq mümkün olmayacaq.

Ona görə də Azərbaycan Baş Prokurorluğu iki gün əvvəl bəyanatla çıxış etdi ki, Araik Arutyunyan yaxın vaxtlarda zərərsizləşdiriləcək və qanun qarşısında cavab verəcək. Əlbəttə ki, bu da doğru seçilmiş bir istiqamətdir, hədəfdir. Düşünürəm ki, biz bu hədəfə doğru inamlı addımlayacağıq. Bizə burada eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi dəstək ola bilər ki, onların da əsas vəzifələri regionda gedən bu proseslərə nəzarət etmək və mümkün olan təhdidlərin qarşısını almaqdan ibarətdir". 

Rusiya Ukrayna ilə sərhəddəki hərbi varlığını 7 min nəfər artırıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

 

“Rusiya son bir neçə gündə Ukrayna sərhədi boyunca hərbi varlığını artırıb. Hərbçilərin bəziləri çərşənbə günü yerləşib”, - məlumatda qeyd olunub.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal İsraildə səfərdədir.

Axar.az xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

İ.Kalın bildirib ki, səfər 2010-cu ildən bəri davam edən gərginliyin azalması üçün xüsusi əhəmiyyət daşıyır:

 

“Məqsədimiz Fələstin məsələsi ilə bağlı regional sabitliyi təmin etməkdir”.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti ötən gün Fələstində səfərdə olub.

Xatırladaq ki, İsrail Prezidenti İsaak Hersoqun martın 9-da Türkiyəyə səfəri planlaşdırılır.

Kiyev Vladimir Putinlə telefonla danışmaq üçün fevral ayında Rusiya Prezident Administrasiyasına sorğu göndərib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

“Təkcə son günlər deyil, vaxtaşırı Ukrayna məsuliyyətli ölkə kimi risklər, qoşun yeridilməsi ilə bağlı Rusiya Prezident Administrasiyasına məlumatlar verir. Fevralda da belə sorğular oldu. Ukraynanı cavabsız qoymurlar, amma bu sorğular görüşə aparmır”, - Zelenski bildirib.