Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal İsraildə səfərdədir.
Axar.az xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.
İ.Kalın bildirib ki, səfər 2010-cu ildən bəri davam edən gərginliyin azalması üçün xüsusi əhəmiyyət daşıyır:
“Məqsədimiz Fələstin məsələsi ilə bağlı regional sabitliyi təmin etməkdir”.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti ötən gün Fələstində səfərdə olub.
Xatırladaq ki, İsrail Prezidenti İsaak Hersoqun martın 9-da Türkiyəyə səfəri planlaşdırılır.