İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı Abduallahian İranın Ukrayna böhranının sülh yolu ilə həlli üçün hər cür lazımi kömək və addımı atmağa hazır olduğunu deyib. İran XİN rəhbəri gərginliyin azalmasından məmnunluğunu ifadə edib və hazırkı vəziyyətin üçüncü ölkələrin müdaxiləsi olmadan dialoq və diplomatik kanallar vasitəsilə həll olunacağına ümid etdiyini bildirib.
“Biz bölgədə sülh və sabitliyin qorunmasını istəyirik”, - deyə o əlavə edib.