Avropada artıq təhlükəsizlik və sabitlik normaları yoxdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian bildirib.
Onun sözlərinə görə, buna səbəb silahlanmaya nəzarət üzrə müqavilənin köhnəldiyi və ya əhəmiyyətini itirdiyidir.
"Rusiya sabitlik və təminat tələb etdiyi halda, biz də sabitlik və təminat tələb edirik. Avropada bunu müzakirə etməyə hazırıq", - deyə nazir bildirib.
Xatırladaq ki, ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la müqavilələr və NATO ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Xüsusilə, Moskva Qərb tərəfdaşlarından NATO-nun daha şərqə doğru genişlənməyəcəyinə, Ukraynanın blokuna qoşulmayacağına və postsovet ölkələrində hərbi bazaların yaradılmayacağına hüquqi təminat tələb edib.