Bir müddət öncə xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovskinin beynində ciddi iltihabi proseslərin getdiyi müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Bildirilib ki, orta-ağır vəziyyətdə olan siyasətçi daim həkim müşahidəsi altındadır.

Jirinovski hələ də süni tənəffüs aparatına qoşuludur.

Ukrayna sərhədləri ətrafında xarici ordunun sayı, yerləşməsi, təchizatı və planları barədə dəqiq bilirik.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

 

“Gərgin anda sizə müraciət edirəm: Dövlətimiz məndən və hər birimizdən məsuliyyətli, əmin və konkret addımlar tələb edən ciddi xarici və daxili çağırışlarla üz-üzədir. Bütün cəbhələrdə bizimlə sistemli müharibə aparırlar”, – deyə dövlət başçısı bildirib.

Vaşinqton siyasi opponentlərin çoxluğuna görə növbəti güc sınağından keçməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidentləri - Riçard Nikson, Cerald Ford və Ronald Reyqanın müşaviri olmuş Patrik Byukenen deyib.

 

“Bizim hər şeyimiz ola bilərdi. Əvəzolunmaz fövqəlgüc idik. Gələcəyə boylanırdıq. Öz xoşməramlı hegemoniyamızı bəşəriyyətin qalan hissəsinə sırıdıq. Və nəhayət, yeni dünya düzəni quraraq müharibələrə daxil olduq. İndi isə özümüz qan itiririk, diqqətimizi yayındırmışıq, tükənmişik və parçalanmağa doğru gedirik”, - deyə o bildirib.

Byukenen ötən əsrin 70-ci illərində məşhur olmuş “Evə qayıt, Amerika” şüarını xatırlamağa çağırıb. Dövlət xadiminin sözlərinə görə, ABŞ özünə Rusiya və Çin kimi rəqiblər əldə edib və Vaşinqton ikisi ilə eyni zamanda mübarizə apara bilməz.

Ermənistanda son sutkada daha 695 nəfərdə COVID-19 aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 407 074-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 8 168-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 573 nəfərdir. İndiyədək 375 612 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 21 702 aktiv koronavirus xəstəsi var.

ABŞ-ın SR-72 hipersəs pilotsuz təyyarəsi Avropa və Asiyanın istənilən bölgəsi və Rusiya üzərində sərbəst uça, kəşfiyyat məlumatları toplaya biləcək.

Axar.az xəbər verir ki, bu barədə “19FortiFayv” portalı məlumat yayıb.

 

“Təsəvvür edin ki, Avropa və ya Asiyada böhran var və ABŞ bir saat yarımdan sonra hadisə yerinə kəşfiyyat məlumatı toplayan PUA-sını göndərə biləcək. Təyyarənin sürəti gözləntiləri doğrultsa, SR-72 ABŞ-dan havaya qalxaraq 90 dəqiqə ərzində Avropa və ya Asiyada hədəflər üzərində uça biləcək”, - portal yazıb.

Aparatın 2030-cu illərin əvvəllərinə kimi istifadəyə verilməsi planlaşdırılır.

Əfqanıstanda 6000-dən çox İŞİD döyüşçüsü var. Onların əlində amerikalıların qoyub getdikləri silah və hərbi texnika mövcuddur.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Anatoli Vıbornı deyib.

 

O bildirib ki, Dövlət Duması Taliban hökumətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə vədlərinə baxmayaraq, dini ekstremizmin yayılmasının real təhlükəsindən xəbərdardır.

Tezliklə ABŞ Prezidenti Co Bayden və digər liderlərlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəyəm.

Axar.az xəbər verir ki, bunu Britaniya baş naziri Boris Conson deyib.

 

Onun sözlərinə görə, Ukrayna ətrafında gərginliyi azaltmaq üçün əlindən gələni edəcək.

“Mən diplomatik prosesi asanlaşdırmaq üçün əlimdən gələni edəcəyəm və yaxında bir neçə liderlə, o cümlədən Co Baydenlə danışacağam”, - Conson bildirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Ardını oxu...