Ukrayna sərhədləri ətrafında xarici ordunun sayı, yerləşməsi, təchizatı və planları barədə dəqiq bilirik.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.
“Gərgin anda sizə müraciət edirəm: Dövlətimiz məndən və hər birimizdən məsuliyyətli, əmin və konkret addımlar tələb edən ciddi xarici və daxili çağırışlarla üz-üzədir. Bütün cəbhələrdə bizimlə sistemli müharibə aparırlar”, – deyə dövlət başçısı bildirib.