Bu gün müşahidə olunan qlobal istiləşmə son 200 min ilin ən güclü istiləşməsidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Petteri Taalas TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, son 100 ildə baş verən hadisələr unikaldır.
"Biz planetin faydalı qazıntılarından - neft və qazdan istifadə etməyə başladıq ki, bu da atmosferə karbon qazı emissiyalarının artmasına səbəb oldu və bunlar aşağı atmosferin temperaturunu artıran istixana qazlarıdır. Kömür, neft və qazın intensiv yandırılması olmadan bunun mümkün olmadığına dair çox aydın elmi sübutlar var", - deyə Taalas izah edib.