Vaşinqton siyasi opponentlərin çoxluğuna görə növbəti güc sınağından keçməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidentləri - Riçard Nikson, Cerald Ford və Ronald Reyqanın müşaviri olmuş Patrik Byukenen deyib.
“Bizim hər şeyimiz ola bilərdi. Əvəzolunmaz fövqəlgüc idik. Gələcəyə boylanırdıq. Öz xoşməramlı hegemoniyamızı bəşəriyyətin qalan hissəsinə sırıdıq. Və nəhayət, yeni dünya düzəni quraraq müharibələrə daxil olduq. İndi isə özümüz qan itiririk, diqqətimizi yayındırmışıq, tükənmişik və parçalanmağa doğru gedirik”, - deyə o bildirib.
Byukenen ötən əsrin 70-ci illərində məşhur olmuş “Evə qayıt, Amerika” şüarını xatırlamağa çağırıb. Dövlət xadiminin sözlərinə görə, ABŞ özünə Rusiya və Çin kimi rəqiblər əldə edib və Vaşinqton ikisi ilə eyni zamanda mübarizə apara bilməz.