ABŞ hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukrayna rezidentliyini də müvəqqəti olaraq Kiyevdən köçürüb.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.
Qəzetin yazdığına görə, Dövlət Departamenti diplomatik korpusunu Lvova köçürdüyünü elan etdikdən bir gün sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də rezidentliyini müvəqqəti olaraq Kiyevdən çıxarıb.
Nəşrin yazdığına görə, MKİ əməkdaşlarının Kiyevdən köçməsi Rusiyanın Ukraynada iddia edilən fəaliyyəti barədə məlumat toplamaqda çətinlik yarada bilər.
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva yanvar ayından bəri parlamentdə görünmür.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Deputat hazırda məzuniyyətdədir. Onun koronavirusdan sonrakı reabilitasiya prosesi də uzanıb”, - parlamentin mətbuat xidmətindən bildirilib.
Ərəb Dövlətləri Liqasının qarşıdan gələn sammiti 2022-ci ilin son rübündə Əlcəzairdə keçiriləcək.
Bəhreynin baş naziri vəliəhd şahzadə Salman bin Həməd bin İsa Al Xəlifə İsrailin baş naziri Naftali Bennetin bu ölkəyə səfər dəvətini qəbul edib.
Rusiya müharibə istəmir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra mediaya açıqlamasında deyib.
O bildirib ki, məhz bu səbəbdən Moskva təhlükəsizlik ideyasını irəli sürüb.
Kimisə hücum etməkdə ittiham etmək, diplomatlarının (Ukraynada) təxliyəsinə təşəbbüs göstərmək, diplomatik personalın səfirlik binalarında olan əşyaları dağıdacaqlarını, vəzifələrindən getməzdən əvvəl telefon xətlərini kəsəcəklərini bildirmək... - bütün bunlar heç bir əsası olmayan zahiri isteriyadır.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Rusiyanın Ukraynanı işğalı üçün tarix vermək zahiri isteriyadır. Bunlar pandemiya kimi yayılaraq bütün dünyanı xəstələndirir. Hazırda gördüklərimiz həqiqətən də Avropada gərginliyi artırmağa və təhrik etməyə yönəlmiş görünməmiş fəaliyyətlər toplusudur. Bunun çox zərərli və pis üsul olduğunu düşünürük", - Peskov bildirib.
Rusiya Ukraynanı işğal etmək niyyətində olmadığını göstərmək üçün qoşunlarını Ukrayna ilə sərhəddən çəkməlidir.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
O, Rusiya-Ukrayna sərhədindəki son vəziyyəti dünya üçün çox təhlükəli adlandırıb.
Bütün Qərb KİV-ləri iddia edirdilər ki, “müharibə olacaq”, “Rusiya təcavüzkardır”, “o, Ukraynaya hücum edir", "hücuma sayılı saatlar qalır"... Lakin bütün ağıllı adamlar başa düşürlər ki, heç bir hərbi təcavüz gözlənilmir.
Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın qalmaqallı televiziya aparıcısı Vladimir Solovyov "Rossiya" telekanalının efirində deyib.
Onun sözlərinə görə, məlumatlı insanlar bu müharibənin baş tutacağı təqdirdə nə ilə nəticələnə biləcəyini bilirlər.
"Vladimir Putin bununla bağlı açıq şəkildə bildirib ki, müharibə baş verəcəyi təqdirdə Ukrayna öz dövlətçiliyini itirə bilər. Bəs Qərb nə edəcək? Rusiyaya xarici məişət texnikası gətirilməyini qadağan edəcək? Bəs zavodlar harada yerləşir? Polşada! Yaxşı, demək, daha da irəli gedəcəyik..." - deyə o, Rusiyanın müharibəyə başlayacağı təqdirdə Polşanı da işğal edə biləcəyinə işarə edib.