Almaniyanın sabiq kansleri Gerhard Şröderin “Qazprom” şirkətinin direktorlar şurasına üzvlüyü iki ölkə arasında əməkdaşlığın xeyrinə olar.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin kansler Olaf Şolts ilə Moskvada keçirilən görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, sabiq kansler layiqli namizəddir və onun “Qazprom”un direktorlar şurasına üzvlüyü iki ölkə arasında əməkdaşlığın xeyrinə olar.
O qeyd edib ki, hazırda Avropada Rusiya enerji daşıyıcılarının mütəmadi ixracı ilə bağlı narahatlıq var. G.Şröder avropalıların öz adamı kimi “Qazprom”dan obyektiv məlumat əldə edə bilər.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri, “Nord Stream AG” şirkətinin səhmdarlar komitəsinin sədri G.Şröderin “Qazprom”un direktorlar şurasına üzvlüyü məsələsi iyun ayında müzakirə olunacaq.