Ticarət əlaqələrini inkişaf etdirmək üçün güclü iradəyə sahibik.
Dünənki iclasda bunu bir daha təsdiqlədik. Çünki biz 13 müqavilə imzalamışıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-də iş adamlarına və investorlara müraciətində deyib.
"BƏƏ Türkiyənin Körfəz regionunda əsas ticarət tərəfdaşıdır. Ticarət əlaqələrimiz, özəl sektorda tərəfdaşlıq öz canlılığını qoruyub.
Hazırki ümumi məqsədimiz ikitərəfli ticarət həcmimizi daha da artırmaqdır. İmzalanmış sənədlərin geniş spektri bizim bu məqsədə doğru birgə işləmək istəyimizi nümayiş etdirdi", - Ərdoğan bildirib.
O, Türkiyənin biznes qurmaq və biznes imkanları baxımından son dərəcə cəlbedici qanunvericiliyə malik olduğunu qeyd edib.