Əfqanıstanda 6000-dən çox İŞİD döyüşçüsü var. Onların əlində amerikalıların qoyub getdikləri silah və hərbi texnika mövcuddur.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Anatoli Vıbornı deyib.
O bildirib ki, Dövlət Duması Taliban hökumətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə vədlərinə baxmayaraq, dini ekstremizmin yayılmasının real təhlükəsindən xəbərdardır.