Böyük Britaniya Rusiyanın beş bankına qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Boris Conson bildirib.

Bundan başqa rusiyalı oliqarxlar Gennadi Timçenko, Boris və İqor Rotenberqlərə qarşı da sanksiyalar tətbiq olunub. Onların Britaniyaya girişinə qadağa qoyulub, mümkün aktivləri dondurulacaq, onlarla iş görmək qadağan edilib.

İranın “Şiə-nyus” (Shia-news) dini saytı Azərbaycan plovunu “erməni mətbəxi”nin milli yeməyi kimi təqdim edib.

Axar.az xəbər verir ki, bu, sosial şəbəkələrdə Cənubi azərbaycanlıların etirazına səbəb olub.

Saytda dərc olunan məqalə “erməni plovunun hazırlanma qaydası” başlığı ilə verilib.

“Erməni plovu” müxtəlif inqrediyentlərlə hazırlanan Ermənistanın dadlı yeməklərindən biridir. Toyuqlu səbzi plov yeməkləri qrupuna daxil olan daha bir dadlı və beynəlxalq yeməkdir”, - məqalədə yazılıb.

Yazının davamında səbzi plovun bişirilmə qaydası 10 mərhələdə izah edilib.

Rusiya “dxr” və “lxr”i tanımaqla Minsk razılaşmaları ilə bağlı beynəlxalq öhdəliklərindən imtina etdi.

Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-İv Lö Drian deyib.

“Söhbət beynəlxalq hüququn pozulmasından, Ukraynanın suverenliyinə və bütövlüyünə qəsd cəhdindən gedir; söhbət Rusiyanın beynəlxalq öhdəliklərindən və Minsk razılaşmaları üzrə öhdəliklərdən imtina etməsindən gedir. Vəziyyət çox ağırdır”, - Drian bildirib.

Böyük Britaniya Rusiyaya qarşı ilk iqtisadi sanksiyalarını bu gün elan edəcək.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

O, Ukraynaya iqtisadi dəstək verməyə davam edəcəklərini və Putinin gələcəkdə səhv etdiyini anlayacağını vurğulayıb:

“Putin beynəlxalq hüququ və Ukraynanın suverenliyini pozdu. Rusiyanın Ukraynanı işğal etmək planlarını əngəlləməyə çalışmalıyıq”.

Donbasdakı sepapartçı qurumların tanınmasından sonra Rusiyaya tətbiq edilən sanksiyalar siyahısına Şimal Axını-2 kəmərinin “tamamilə dayandırılması” bəndi də əlavə edilməlidir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Zelenski Qərbə çağırışında bildirib.

15:50

Kansler Olaf Şoltsun qərarından sonra Almaniyanın İqtisadiyyat Nazirliyi Şimal Axını-2 üçün sertifikatlaşdırma prosesini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Der Şpigel” nəşri mənbələrinə istinadla məlumat yayıb.

“İqtisadiyyat Nazirliyi Şimal axını-2-nin sertifikatlaşdırılması prosesini dayandırıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, iqtisadiyyat naziri Robert Habek Federal Şəbəkə Agentliyinə (BNetzA) qaz kəməri operatorunun sertifikatını ləğv etməyi tapşırıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts İqtisadiyyat Nazirliyinə Şimal Axını-2-nin operatorunun sertifikatlaşdırılmasının dayandırılması ilə bağlı təlimat vermişdi.

Qərbdəki həmkarlarımız bizə sanksiyadan başqa bir şey təklif edə bilmir.

Axar.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Vladimir Putinin düzgün qeyd etdiyi kimi, Qərb Rusiyanı sanksiyalarla şantaj edir. Xarici həmkarlar konstruktiv, faydalı bir həll təklif edə bilməzlər. Çünki onlara Rusiyanın tərəfdaş olması lazım deyil. Ona görə də Vladimir Vladimiroviçin bu sitatı ilə razıyam. Onlar bizi dost kimi görmək istəmir”, - Kadırov bildirib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bunu Aİ Şurasının rəhbəri Tvitterdə yazıb.

“Avropa İttifaqının Ukrayna ilə tam həmrəyliyini ifadə etmək üçün Prezident Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin tərəfinizdədir və Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir. Rusiyanın bu addımı beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq nizama qarşı hücumdur”, - o bildirib.

Ankara Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini müstəqil dövlət kimi tanımasını qətiyyətlə pisləyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

XİN bəyanatında beynəlxalq hüququn kobud şəkildə pozulduğunu qeyd edib:

“Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”.