Rusiya-Ukrayna böhranının əsl günahkarı ABŞ Prezidenti Co Baydendir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.

Pompeo bildirib ki, Bayden bir neçə ay əvvəl Şimal Axını 2-nin tikintisini dayandıra və Rusiyaya qarşı real sanksiyalar tətbiq edə bilərdi:

“Əvəzində ABŞ lideri Moskvanı qorxutmayan məhdud sanksiyalar paketi təqdim etdi. NATO bu kimi ölkələri qorumaq üçün Estoniya, Litva və Latviyada mövcudluğunu artırmalıdır”.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti bəyannaməsi Ermənistanda isterika ilə qarşılanıb.

Axar.az xəbər verir ki, məxsusən erməni müxalifəti bunu Ermənistan siyasətinin iflası kimi dəyərləndirib.

Ermənistanın Respublikaçılar Partiyası buna qarşı bəyanat da verib. Bəyanatda bildirilir ki, 2018-ci ilin aprel-may aylarında Ermənistanda hakimiyyətin fəlakətli şəkildə ələ keçirilməsi nəticəsində “Ermənistan və Qarabağın təhlükəsizlik sistemləri”nin ən mühüm komponenti olan Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətləri pozulub, qeyri-ardıcıl və savadsız xarici siyasət ucbatından Ermənistan öz suverenliyini genişləndirmək və möhkəmləndirmək üçün mövcud imkanlarını itirib, Türkiyənin Cənubi Qafqaza nüfuz etməyə və hərbi-siyasi amilinin güclənməsinə imkan verilib ki, bu da Azərbaycanın qlobal miqyasda mövqeyini yaxşılaşdırıb:

“Sizin yeganə müttəfiqiniz (Rusiya - red.) düşməninizlə (Azərbaycan - red.) müttəfiqə çevrilirsə, bu, ilk növbədə sizin zəifliyiniz, səhvləriniz, hərbi-siyasi uğursuzluğunuz, geosiyasi iflasa uğramağınızın nəticəsidir. Rusiya-Azərbaycan bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır. Rusiya ilə yeni keyfiyyətə, məzmuna və dürüstliyə əsaslanmalı olan hərtərəfli münasibətlər Ermənistan və Qarabağın gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Gələcəkdə hakimiyyətə gələnlər bu prosesə dərhal başlamalıdır”.

Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbəri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandır.

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının anım günü” kimi tanıyıb.

Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

Aşqabadda keçirilən VI Xəzər sammitinin yekunlarına əsasən, yaxşı sənədlər paketi razılaşdırılacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Təbii ki, bizi birləşdirən bir çox mövzular arasında Xəzər dənizi də var. Aşqabadda keçiriləcək VI Xəzər Zirvə toplantısına hazırlıq sona çatır. Ümid edirik ki, bu il biz qonaqpərvər Türkmənistanda bir araya gələ biləcəyik və hazırda danışıqlar mərhələsində olan qərarları qəbul edəcəyik”, - Lavrov bildirib.

Qeyd edək ki, VI Xəzər sammiti bu il Türkmənistanda keçiriləcək.