NATO Rusiyanın Donbasla bağlı qərarları üçün strateji uyğunlaşma prosesinə başlayır.
Axar.az xəbər verir ki, bunu ATƏT sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau deyib.
“NATO-nun yeni vəziyyətə strateji uyğunlaşması prosesi başlayır. NATO Baş katibi bunu “yeni normallaşma” adlandırır. Bu proses yeni başlayır və yekun nəticələr barədə danışmaq çətindir. Yeni nəticələr NATO-nun şərq cinahının saxlanılmasını gücləndirməlidir”, - Rau bildirib.