Məşhur bolqar görücü Vanqanın Rusiya ilə bağlı proqnozları yenidən gündəmə gəlib.
Axar.az xəbər verir ki, illər əvvəl Rusiyanın dünyaya hakim olacağını deyən Vanqa Rusiya Prezidenti Vladimir Putinlə bağlı da iddia irəli sürmüşdü.
Belə ki, o, illər əvvəl Rusiyanın dünyanı idarə edəcəyini proqnozlaşdıraraq, Putinin “Dünyanın lordu” olacağını bildirmişdi.
Vanqa, “Hər şey əriyəcək, yalnız Vladimirin şöhrəti, Rusiyanın şöhrəti qalacaq. Rusiya nəinki sağ qalacaq, həm də dünyaya hakim olacaq”, - deyə qeyd etmişdi.
Vanqa Rusiya və Vladimir Putin haqqında proqnozunu verəndə Putinin cəmi 27 yaşı var idi.