Rusiya-Ukrayna böhranının əsl günahkarı ABŞ Prezidenti Co Baydendir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
Pompeo bildirib ki, Bayden bir neçə ay əvvəl Şimal Axını 2-nin tikintisini dayandıra və Rusiyaya qarşı real sanksiyalar tətbiq edə bilərdi:
“Əvəzində ABŞ lideri Moskvanı qorxutmayan məhdud sanksiyalar paketi təqdim etdi. NATO bu kimi ölkələri qorumaq üçün Estoniya, Litva və Latviyada mövcudluğunu artırmalıdır”.