Ukrayna hərbçiləri Odessada məhv edilmiş zenit kompleksinin videogörüntülərini yayıblar.
Axar.az həmin görüntüləri təqdim edir:
Separatçılar Ukraynanın Uman şəhərinə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Teleqramda məlumat paylaşılıb.
Bildirilir ki, zərbələr nəticəsində 1 azyaşlı həyatını itirib.
Həmin görüntüləri təqdim edirik:
Ukrayna hərbçiləri xalqa video-müraciət ediblər.
Axar.az xəbər verir ki, onların pozitiv görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
“Yoldaşlar, Ukrayanaya eşq olsun! Cəbhədə vəziyyət Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Düşmənimiz ağır itkilər verir. Eşq olsun Ukraynaya! Eşq olsun Ukrayna millətinə! Düşmənə ölüm!” - müraciətdə deyilib.
Hazırda Ukrayna dövlətinin gələcəyi üçün əsas məqam düşmənin ilk zərbəsinə tab gətirmək və çaxnaşmaya qapılmamaqdır. Hərbi obyektlərə zərbələrin endirilməsi iki funksiyalıdır: qoşunların və silahların idarə heyətini sıradan çıxarmaq, Ukrayna əhalisi arasında xaos və çaxnaşmalar yaratmaq.
Axar.az xəbər verir ki, bu fikri Ukraynanın Ordu araşdırmaları, konversiya və tərk-silah Mərkəzinin direktoru Valentin Badrak bölüşüb.
“Anlamaq lazımdır ki, əhali Putinə arzuladığı imperiya üçün insan resursu kimi lazımdır. Odur ki, mülki insanlara zərər dəyməyəcək.
Ukrayna məhz birinci zərbəyə uğurla tab gətirsə, müharibənin gedişatı tamamilə dəyişə bilər. Həm də nəzərə almaq lazımdır ki, Putinin o qədər də təcrübəsi və motivasiyası olmayan hərbiçiləri döyüşə qatılır.
Təcili olaraq ərazi müdafiə qüvvələrinin bölmələrini yaratmaq və onları döyüş əməliyyatlarına səfərbər etmək lazımdır”, - o qeyd edib.
Odessa vilayətinin Podolsk şəhərində hərbi hissənin bombardman edilməsi nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 19 nəfər itkin düşüb.
Axar.az xəbər verir ki, Zaporojye vilayətinin Berda kəndində hərbi hissənin bombalanması nəticəsində isə 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Belarus qoşunları Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Oxudum ki, səhər saat 5 radələrində Ukraynanın Rusiya və Belarus ərazisindəki dövlət sərhədi Belarusun dəstəklədiyi rus qoşunları tərəfindən hücuma məruz qalıb. Alçaqlar! Bizim qoşunlarımız bu əməliyyatda iştirak etmir”, - o bildirib.
Avropa Birliyi liderləri Brüsseldə keçiriləcək sammitdə AB-nin Rusiyaya qarşı hazırladığı ən sərt sanksiyalar paketini nəzərdən keçirəcək.
Axar.az xəbər verir ki, bunu AB baş diplomatı Jozep Borrell deyib.
“Biz ən sərt şəkildə cavab verəcəyik. Avropa Şurasının rəhbəri bu axşam AB sammitini çağırıb. Sammitdə indiyə qədər tətbiq etdiyimiz ən güclü sanksiyalar paketinin qəbulu üçün siyasi razılıq alınacaq”, - o bildirib.
Borrell qeyd edib ki, Rusiya rəhbərliyi görünməmiş təcridlə üzləşəcək.
Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilə tamamilə dözülməzdir.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tvitter hesabında yazıb.
“Biz beynəlxalq tərəfdaşlarımızı Rusiya tərəfindən beynəlxalq hüququn pozulmasına sərt reaksiya verməyə və vəziyyətin deeskalasiyasını təmin etməyə çağırırıq”, - Zalkaliani bildirib.
Avropa Birliyinə üzv dövlətlərin rəhbərləri Ukraynanın təşkilata üzv qəbul olunması məsələsini müzakirə edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Latviyanın Elektron KİV üzrə Milli Şurası Rusiyanın "Rossiya" və "Rossiya-24" telekanallarının retranslyasiyasını qadağan edib.