Xocalıda insanların qətlə yetirilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsidir.
Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.
O qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Xocalı soyqırımının hər tərəfli araşdırılması istintaq tədbirləri zamanı bunun soyqırım olması sübuta yetirilib:
“Hazırki dövrə qədər 17 dövlətin milli qanunvericilik orqanı və Amerika Birləşmiş Ştatlarının 23 ştatı bu soyqırımını kəskin şəkildə psiləyərk müvafiq qərar və qətnamələr qəbul edib. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, bu günə qədər bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib”.
Rusiya Prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı, dostlarını da çətin vəziyyətə salıb. Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirləri haqda qeyd edib.
O bildirib ki, Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə, ümidi Çinə qalacaq. Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə, Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?
“Bu arada, ABŞ və Böyük Britanlyanın Rusiya banklarına və oliqarxlarına tətbiq edəcəyi sanksiya qərarı Kreml sahibini düşündürüb. Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Cernobıl AES-in ələ keçirilməcinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi riskləri hesablamaq iqtidarında deyil. Ona görə də o, fevralın 24-də Kremldə tələsik yerli biznesmenlərlə görüş keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi.
Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşirlər. Onların Qərb banklarındakı şəxsi hesabları dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli, bir müddətdən sonra bank sahibləri və oliqarxlar Putindən hesab sora bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Ancaq müharibə davam etdikcə siyasi və iqtisadi risklər artacaq və bu gün sakit görünən bank sahiblərinin və oliqarxların maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar”, - politoloq deyib.
Rus ordusu Qırmızı Xaçın nümayəndələrini Luqansk şəhərinin Şastya şəhərinə buraxmır.
Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Son 24 saat ərzində Luqansk vilayətində ən çətin vəziyyət Şastiyadadır. Rus işğalçıları dayanmadan atəş açır. Ukrayna Silahlı Qüvvələri düşmənə layiqli cavab verir və Şastya Ukraynadadır”, - Qayday bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə su və elektrik enerjisi yoxdur:
“Sakinlər sığınacaqlardan çıxmır. Qurbanların sayı çoxdur, ən azı 7 nəfər ölüb. Şəhər daimi atəş altında olduğundan təxliyə də mümkün deyil. Təhlükəsizlik təminatı olmadan təxliyə həyata keçirmək intihar olardı”.
Çerkassk vilayətində Rusiyaya aid hərbi təyyarə vurulub.
Axar.az xəbər verir ki, bu barədə Çerkassk vilayətinin polis idarəsinin rəsmisi Zoya Vovk məlumat verib.
“Pilot kapatult edə bilib, Hazırda onun axtarışları davam edir”, - Vovk bildirib.
Donetsk separatçılarının rəhbəri Denis Puşilin ötən gücə baş verən döyüşlərdə “dxr” əsgərləri arasında ölən və yaralananlar olduğunu bildirib.
Axar.az xəbər verir ki. bu barədə o, Rusiya-24 kanalına açıqlamasında deyib.
“Təəssüf ki. bu gecə bizdə həlak olanlar və yaralananlar var”, - o bildirib.
Puşilin həmçinin qeyd edib ki, Ukrayna radikal millətçiləri qətiyyən təslim olmaq istəmir.
Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı Kiyevin başlatdığı qardaş qırğınını dayandırmağın yeganə yoludur.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
“Rusiya Ukraynanı sülhə məcbur etmək, onun fəal şəkildə hərbiləşdirilməsini dayandırmaq üçün xüsusi hərbi əməliyyat elan edib. Sadəcə olaraq, bizim başqa seçimimiz qalmadı. Bəli, bu asan seçim deyil, lakin bu, qardaş qırğını müharibəsini dayandırmağın yeganə yoludur. Sülhü və insanların həyatını xilas etməyin yeganə yoludur”, - o bildirib.
Türkiyə bu günə qədər hər dəfə tərəddüd etmədən Montrö Konvensiyasını tətbiq edib. Yəni Türkiyənin iştirak etmədiyi bir müharibədə müharibənin iştirakçısı olan ölkələrlə bağlı görülə biləcək tədbirlər var.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyə döyüş gəmilərinin boğazlardan keçməsini dayandıra bilər. Lakin Montrö Konvensiyasında başqa bir şey də var. Əgər döyüşən ölkələrin gəmilərinin öz bazalarına qayıtması tələbi varsa, buna icazə verilməlidir. Müharibə vəziyyətini qanuni qəbul etsək, bu proses başlayacaq.
İkincisi, müharibə vəziyyətini qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidi qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə bağlanarkən Rusiya özünə görə maddə qoydurub. 19, 20 və 21-ci maddələr bunları tənzimləyir. Nəhayət, deyir ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq tələbi ilə keçmək istəyirsə, icazə verilir”, - Çavuşoğlu bildirib.
Rusiyanın addımları və Putinin bəyanatları Qərbin buz nəfəsi altında donmuş tarixin buzunu qırır. Onlar “tarixin sonunu” (Qərb elitasının dünya üzərində hakimiyyəti) elan etdilər – Rusiya müqavimət göstərməyə qərar verdi. İlham Əliyevin Moskvaya səfəri və müttəfiqlik haqda müqavilənin imzalanması bu dəqiqə çox böyük dəstəkdir.
Axar.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenko Ukrayna ətrafında baş verən hadisələrə qiymət verərkən deyib.
Ekspert bu günlərdə Ukraynaya fəal dəstək verən azərbaycanlılara müraciət edib və onları təmkinli olmağa çağırıb:
“Ana torpaqlarınızı - Qarabağı azad etdiyiniz zaman Rusiya Putinin dili ilə sizi dəstəklədi. Putin aydın şəkildə dedi ki, Qarabağ Azərbaycandır. Halbuki başqa söz də deyə bilərdi. Halbuki Moskvada bizə söyləyirdilər ki, Putin Köçəryanın, Sərkisyanın dostudur”, erməni tərəfinə kömək edə bilər”.
Rusiyalı jurnalist həmçinin xatırladıb ki, ermənilər Moskvada KİV-lərdə müxtəlif mövqeləri tutur, o cümlədən dövlət media orqanlarına nəzarət edirlər, özlərini “rus vətənpərvərləri” kimi qələmə verməyə çalışırlar, Dumada böyük təsirə malikdilər.
Onun sözlərinə görə, bu təsirin mövcudluğunu Zatulin və Milonov kimi rusiyalı deputatlar sübut ediblər – birincisi Qarabağa qanunsuz səfər edib, ikincisi vaxtilə Qarabağ separatçılarına fəal dəstək verib, indi isə Şuşa Bəyannaməsini pozmağa çalışır.
“Buna görə də Ukraynaya bu cür dəstəyi bildirməzdən əvvəl 10 dəfə düşünün: bu doğrudurmu? Ədalətlidirmi? Bəlkə, başqa bir dünya gəlir, bəlkə də prezident on addım irəlini, başqalarının emosiyalarının görünməz etdiyi yerləri görür?” - deyərək, Şevçenko azərbaycanlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Bununla yanaşı, o xatırladıb edib ki, Türkiyə hər iki ölkə – Rusiya və Ukrayna ilə eyni münasibətləri saxlamaq niyyətində olduğunu bəyan edib.
Tanınmış jurnalist hesab edir ki, bununla Ankara faktiki olaraq Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalardan özünü kənarlaşdırılıb.
Putin rejimi bataqlıqlara düşəcək. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi səbəbindən onun qanuniliyi və legitimliyi gündən-günə azalacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani “Əsr-i İran” saytına müsahibəsində deyib.
“Putin Rusiyası SSRİ-nin zəif kopyasıdır. Sovet İttifaqının dağılmasına səbəb olan eyni səbəblər Rusiyanın da dağılmasına gətirib çıxara bilər. Putinin indiki siyasəti bu mümkün dağılmanı gücləndirir”, - Süleymani bildirib.