Ukrayna Prezidenti Vladimir Zelenski Yuri Lebedi Milli Qvardiyanın komandanı təyin edib.

Axar.az xəbər verir ki, bununla bağlı Prezident fərman imzalayıb.

Qeyd edək ki, 27 yanvarda Milli Qvardiyanın əsgərinin öz yoldaşlarına atəş açması və 5 nəfəri qətlə yetirməsindən sonra Milli Qvardiyanın komandanı Nikolay Balan istefa vermişdi.

I Qarabağ müharibəsində əsir-girovlara qarşı törədilmiş cinayətlər Ermənistanın üzərində qalır.

Bu barədə Axar.az-a Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.

İnsanlıq və bəşəriyyət əleyhinə törədilən bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilib, aşkar olunan faktlar barədə onlara ətraflı məlumat verilib", - məlumatda qeyd edilib.

Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın məqsədi marionet rejimini həm də Rusiya vətəndaşlarına qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməkdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

Qərb ölkələri Ukraynaya yalnız məsləhətlə kömək edir.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“NATO daha qətiyyətli hərəkət etməli idi. Biz mövqeyimizi NATO-nun baş katibinə çatdırmışıq. Bu, sıradan dünyəvi məzəmmətə çevrilməməlidir. Bugünkü görüşdə də biz öz mövqeyimizi açıqlayacağıq”, - Ərdoğan bildirib.

Rusiya Xocalı hadisələrini Azərbaycan xalqının soyqırımı aktı kimi hüquqi səviyyədə tanımalıdır. Rusiya Dövlət Dumasının bu barəıdə müvafiq qərar verməsinə çalışacağıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Moskva şəhərində keçirilən konfransda bildirib.

“30 il əvvəl törədilən dəhşətli qırğın bu gün bütün sivil dünya tərəfindən soyqırımı kimi tanınır. Bu gün burada toplanmağımızın məqsədi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində törətdiyi vəhşiliyin günahsız qurbanı olmuş qadınları, uşaqları, qocaları yad etməkdir”, – Korotçenko deyib.

Ekspertin fikrincə, məhz erməni separatçılarının terrorçu üsullarla azərbaycanlıların etnik təmizləməsini həyata keçirməsi, hətta 30 il sonra da dəhşət doğurur, qan dondurur.

Rusiyalı politoloq Xocalı soyqırımında əli olanlara mərhəmət göstərilməməsinin vacibliyini də qeyd edib: “Bu cinayətkar əmrləri verən erməni siyasətçiləri də, həmin əmrləri yerinə yetirən hərbçilər də, o hadisələrdə iştirak etmiş erməni terrorçuları da məsuliyyətə cəlb olunmalıdır”.

Latviyadan sonra Estoniya da bir neçə rus və bir Belarus telekanalının ölkədə yayımını qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Məlumata görə, Estoniyadakı bütün televiziya provayderləri cümə günündən etibarən aşağıdakı telekanalların yayımını dayandırmalıdırlar:

“RTR Planeta”, “NTV Mir”, “NTV Mir Baltiya”, “Belarus 24”, “Russia 24” və “TV Center International”.

Səbəb isə kanalların qadağan olunmuş məlumatları yayması göstərilib.

82 ukraynalı hərbçi Zmeynıy adasında rus əsgərlərinə təslim oldu.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

O, ümumilikdə 150-dən çox Ukrayna hərbçisinin silahını ataraq, təslim olduğunu bildirib.