“Anonymous” haker qrupu Rusiya Müdafiə Nazirliyinin rəsmi saytını dağıdaraq, nazirliyin əməkdaşlarının telefon nömrələrini, email-adreslərini və adlarından ibarət məlumat bazasını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə hakerlər Tvitter səhifələrində yazıb.

Qrup bildirib ki, bütün dünyadan olan hakerlər öz güclərini Rusiyaya qarşı birləşdiriblər.

Hakerlərin hədəfində Rusiyanın digər dövlət qurumlarının saytları da var.

Kiyev üçün vəziyyət təhdidedicidir. Növbəti gecə, səhər çox çətin olacaq. Rusiya qoşunları paytaxta yaxındır.

Axar.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko paytaxt sakinlərinə hecə müraciətində deyib.

“Şəhərdə hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat qruplarını zərərsizləşdirir", - Kliçko qeyd edib.

Qeyd edək ki, bundan öncə Kliçko Kiyevə diversantların artıq soxulduğunu bildirmişdi.

Ukrayna tərəfi danışıqlardan imtina edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ukrayna tərəfi danışıqlardan imtina edib. Kiyev rejiminin nümayəndələri bu məsələnin sabaha qədər təxirə salınmasını təklif ediblər”, - Zaxarova qeyd edib.

Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov Feysbuk səhifəsində yazıb.

"Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, - Nikiforov yazıb.

Qeyd edək ki, bundan öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova Ukrayna tərəfinin danışıqlar barədə müzakirəni sabaha saxlamağı xahiş etdiyini bildirmişdi.

Çerniqov tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Axar.az xəbər verir ki, bu barədə Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, şəhərin “təslim olması” ilə bağlı dezinformasiyalar yayılır, bu sualla gün ərzində 20 nəfər şəxsən ona zəng edib.

“Şimal” əməliyyat komandanlığının komandiri Viktor Nikolyuk da öz növbəsində vurğulayıb ki, Çerniqov ordunun nəzarəti altındadır.

Qeyd edək ki, ötən gün Operativ Komandanlığın “Şimal” bölməsi Çerniqovda düşmənin 20-dək zirehli texnikasını məhv edib. Eləcə də “Şimal” bölmələri Repokdan Çerniqova doğru irəliləyən rus zirehli texnika karvanına zərbələr endirib. 10-15 arası texnika vurulub.

Biz Ukraynada yaşayan hər kəsin öz hüquqlarından istifadə etməsini, heç bir təzyiq olmadan yaşamasını istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukrayna xalqı kifayət qədər əziyyət çəkib. Heç kim Amerika ordusunun orada olmasını istəmir.

Bizi tənqid edənlərin keçmişinə baxın. Daha əvvəl də demişdik: Gürcüstan NATO-ya üzv ola bilməz. Almaniya və Fransa birbaşa üzvlük yerinə güzəştə getməyə qərar vermişdi”, - Lavrov bildirib.

Avropa Birliyi Rusiyaya yeni sanksiyalar zərfi tətbiq etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, həmin tədbirlər çərçivəsində Prezident Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər dondurulacaq.

Sözügedən sanksiyalara dair son qərar bu gün veriləcək.

Rusiya Prezidenti Vladimi Putin Ukrayna hərbçilərinə ölkədə hakimiyyəti ələ keçirmək təklifi edib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

“Görünür, sizinlə razılaşmaq daha asan olacaq, nəyinki Kiyevdə oturan və bütün Ukrayna xalqını girov götürmüş narkomanlar və neonasistlər dəstəsi ilə...”, - deyə dövlət başçısı bildirib.