Biz Ukraynada yaşayan hər kəsin öz hüquqlarından istifadə etməsini, heç bir təzyiq olmadan yaşamasını istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ukrayna xalqı kifayət qədər əziyyət çəkib. Heç kim Amerika ordusunun orada olmasını istəmir.
Bizi tənqid edənlərin keçmişinə baxın. Daha əvvəl də demişdik: Gürcüstan NATO-ya üzv ola bilməz. Almaniya və Fransa birbaşa üzvlük yerinə güzəştə getməyə qərar vermişdi”, - Lavrov bildirib.