Rusiya işğalçıları yanacaq və qida çatışmazlığı səbəbindən Konotop şəhərində dayanıblar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
“Ağır döyüşlərdən və xeyli itkilərdən sonra rus işğalçıları Konotop yaxınlığında dayandılar. Onların yanacaq və təchizat problemi var. Tankçılar kanistrlərlə dolaşır, yanacaq almağa çalışırlar. İşğalçı qüvvələrin əsgərləri yerli əhalidən ərzaq tələb edir. Rus işğalçıları tərəfindən ticarət obyektlərinin talan edilməsi halları qeydə alınıb. Şəhərin yaxınlığında 40-a yaxın yanmış Rusiya texnikası var”, - deyə bildirilib.