Vladimir Zelenski İsveçrə Prezidenti İqnasio Kassisə Ukraynadakı vəziyyəti həll etmək üçün Cenevrədə sülh konfransı təşkil etmək xahişi ilə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.

Məlumata görə, Zelenski bununla bağlı Kassislə şənbə günü telefon danışı zamanı bildirib.

“Danışıqların təşkili üçün diplomatik səylər tam gücü ilə aparılır. Danışıqların əsas məqsədi atəşkəsin əldə olunmasıdır”, - məlumatda qeyd olunub.

Kiyev sərhədə yaxın 3-4 raket diviziyasını yerləşdirdiyindən Belarusun cənubundan müharibənin əvvəlində 2-3 raket buraxıldı.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Hazırda Belarus ərazisindən Ukraynaya tərəf raketlər uçmur, buna gərək yoxdur”, - Lukaşenko bildirib.

Fransa Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri elan edib.

Axar.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Tədbirlər sırasında Rusiya üçün SWIFT beynəlxalq bank sisteminin söndürülməsinə münasibət də var.

Harvard Amerika Siyasi Tədqiqatları və Harris araşdırma mərkəzinin keçirdiyi sorğuda seçicilərdən Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirləri soruşulub.

Axar.az xəbər verir ki, sorğuda iştirak edənlərin 62 faizi bildirib ki, Baydenin əvəzinə ABŞ Prezidenti Donald Tramp olsa idi, Putin Ukraynaya hücum edə bilməyəcəkdi.

Bu istiqamətdə fikirlərini bildirənlərin 85 faizinin respublikaçı, 38 faizinin isə demokrat olduğu qeyd edilib.

Bundan əlavə, respondentlərin 59 faizi Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi Baydenin zəifliyini, 41 faizi isə Baydenin Putinin qərarında amil olmadığı fikrini bildirib.