Harvard Amerika Siyasi Tədqiqatları və Harris araşdırma mərkəzinin keçirdiyi sorğuda seçicilərdən Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirləri soruşulub.
Axar.az xəbər verir ki, sorğuda iştirak edənlərin 62 faizi bildirib ki, Baydenin əvəzinə ABŞ Prezidenti Donald Tramp olsa idi, Putin Ukraynaya hücum edə bilməyəcəkdi.
Bu istiqamətdə fikirlərini bildirənlərin 85 faizinin respublikaçı, 38 faizinin isə demokrat olduğu qeyd edilib.
Bundan əlavə, respondentlərin 59 faizi Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi Baydenin zəifliyini, 41 faizi isə Baydenin Putinin qərarında amil olmadığı fikrini bildirib.