Rusiyalı diyetoloq Natalya Puqaçova arıqlamaq istəyənlər üçün pəhrizə daxil edilməli olan tərəvəz və göyərtilərin adını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, siyahıya rukkola, aysberq kahısı, soğan, ispanaq, kərəviz və s. daxildir.
Ekspert bu məhsulların lif, fol və askorbin turşuları, kaliumla zəngin olduğunu izah edib. Daha yaxşı həzm olunmaq üçün həkim salatları bitki yağı ilə yeməyi məsləhət görüb.
"Arıqlamaq üçün ideal tərəvəz kələmdir. O, pəhriz lifi, bir sıra vitaminlər, kalsium və maqnezium mənbəyidir. Eyni siyahıya yarpaqları ilə birlikdə çuğunduru da aid etmək olar. Zəncəfil, çili, xardal və sarımsaq da orqanizm üçün faydalıdır. Bununla yanaşı, arıqlamaq istəyənlər pəhrizlərinə xiyarı da daxil etməlidirlər", - deyə Puqaçova yekunlaşdırıb.