Ukraynaya hərbi müdaxilə etdiyi gündən bəri Rusiya qoşunları ölkənin dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
Onun sözlərinə görə, bu addımlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa Tribunalında araşdırılmalıdır.
Kolumbiyada qızıl mədənində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.
Ukrayna paytaxtının meri Vitali Kliçko martın 1-dən Kiyevdə spirtli içkilərin satışına qadağa tətbiq ediləcəyini açıqlayıb.
AB Rusiyanın yüksık çinli 4 hərbçisini Ukraynadakı əməliyyatlarda iştirak etdiyinə görə sanksiya siyahısına salıb.
Axar.az xəbər verir ki, bu barədə AB-nin rəsmi jurnalında məlumat yayılıb.
Bildirilib ki, Qara dəniz donanmasının komandan müavini Sergey Pinçuk, Cənub Hər Dairəsinin komandan müavinləri Aleksey Avdeyev, Rüstəm Muradov və CHD-nin 8-ci qvardiyasının komandanı Andrey Sıçevə sanksiya tətbiq edilib.
Qeyd edək ki, Rüstəm Muradov Azərbaycandakı rus sülhməramlı kontingentinin komandanı olub.
Rus işğalçılarının ölən və yaralanan itkiləri 5,3 min nəfərdən çox olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Onun sözlərinə görə, düşmənin yüzlərlə əsgər və zabiti əsir götürülüb:
“Onların əksəriyyəti çox gəncdir. Kreml onları cinayətkara çevirir, qatil edir. Kimisi aldadılıb, kimisi təbliğatla zombiləşdirilib və ya qorxudulub. Ümumiyyətlə, əksər işğalçıların motivasiyasının aşağı olduğunu görmək olar. Və onlar Ukrayna silahlarının gücünü hiss edirlər”.
Reznikov qeyd edib ki, Ukrayna üçün insan həyatı çox dəyərlidir:
“Ukraynalıların həyatını xilas etmək üçün Ukrayna Müdafiə Nazirliyi Beynəlxalq İT ictimaiyyətinin təşəbbüsünü dəstəkləyib. Bu, çox sadədir. Biz rus əsgərlərinə seçim təklif edirik: ədalətsiz müharibədə ölmək və ya tam amnistiya və 5 milyon rubl təzminat ödəniləcək. Qlobal İT sənayesinin liderləri bu hərəkəti təmin etmək üçün fondlar toplayırlar”.
Qeyd edək ki, "Ananimus" hakerlər qrupu rus əsgərlərinə müraciət edərək, ağ bayraqla təslim olacaqları təqdirdə onlara amnistiya və hesablarına vəsait köçürüləcəyini açıqlayıb. Qrup bu işə görə artıq 1,225 milyard rubl vəsait yığıldığını açıqlayıb.
Avropa Birliyi (AB) Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, həmçinin Rusiyanın 25 siyasətçi, jurnalist və mədəniyyətin xadiminə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə AB-nin məlumatında deyilir.
Bu gün səhər Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 100-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, “Vnukovo”da 5 reys gecikib, 34-ü ləğv edilib, “Domodedovo”da 6 reys gecikib, 10-u ləğv edilib, “Şeremetyevo”da 14 reys gecikib, 48-i ləğv edilib.
Rusiya lideri Vladimir Putin bu gün beynəlxalq danışıqlar aparacaq.
Axar.az xəbər verir ki, bu məlumatı Kremlin sözçüsü Dmitri Peskov yayıb.
“Günün ikinci yarısında beynəlxalq danışıqlar gözləyirik”, - o bildirib.
Peskov əlavə edib ki, Prezidentin iş qrafiki həddən artıq zəngindir:
“Ötən gün Prezidentin çoxsaylı işçi görüşləri olub ki, bunlar ictimaiyyətə açıqlanmayıb”.
Qərbin sanksiyaları Rusiya üçün çox ağrılı nəticələr ilə sonlana bilər. Bu açıq-aydın Rusiyanı yox etmək məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
“Biz düşünməliyik. Özü də çox düşünməliyik. Görünür, düşmənlərimiz məhz elə bunu da gözləyirdi. Bu bizim yeni tariximizin ən qəliz, ən çətin dönəmidir. Belə sanksiyalar heç İrana və yaxud Venesuelaya tədbiq olunmamışdı”, - deyə o qeyd edib.
Qeyd edək ki, aşırı millətçiliyi və digər xalqlara, xüsusilə ukraynalılara qarşı təhriqamiz ifadələri ilə qardaş qırğınını körükləyən təbliğat maşınlarından biri də Solovyovdur.
Gürcüstanın Xalq artisti, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze Ukraynadakı hərbi əməliyyatlardan danışıb.